Yəhudilərlə farslar, yəhudilər Babildə sürgündə olanda tanış olublar.

30-01-2026, 17:44           
Yəhudilərlə farslar, yəhudilər Babildə sürgündə olanda tanış olublar.
Babil kralı Nabukadnezar eramızdan əvvəl 586-cı ildə Qudsü fəth edib Süleymanın məbədini dağıdır, yəhudi xalqını isə Babilə sürgün edir.
Persiya kralı Kir Babili fəth edərkən farslar, ya da perslər burada bir xalqın inancının öz inanclarına çox oxşar olduğunu görürlər. Zərdüşt və Musəvi dinində xeyir və şər, mələklərlə cinlər, axirətin olacağı və s. oxşar metafizik hadisələrdən bəhs edilirdi.
Hətta araşdırmaçılar sürgünə göndərilən və sürgündən qayıdan Tövratda fərqlərin olduğunu söyləyirlər.
Öldükdən sonra mühakimə olunma, Cənnət-cəhənnəm, məsihlik və s. kimi fikirlərin musəviliyə zərdüştlükdən keçdiyini deyən şərqşünaslar var.
Bu dini qohumluğu görən Kir yəhudiləri yenidən Fələstin torpaqlarına köçürür, Süleymanın məbədini Persiyanın büdcəsi hesabına bərpa etdirir.
Farslar islamı qəbul etdikdən sonra işin rəngi dəyişir, çünki Orta əsrlərdə dini kimlik milli kimliyi əvəz edirdi. İslama tapınırdınsa, ərəb mentalitetini də qəbul etməliydin.
Nitsşe İsaya ona görə qəzəbliydi ki, öz sözləriylə desək, Roma mədəniyyətini yəhudi mentalitetinin “tör-töküntüsüylə” doldurmuşdu.
Farslar da islamı qəbul etdikdən sonra yəhudilərə yeni dinin gözüylə baxmağa başladılar və bütün bəşəriyyətə qardaşlıq naminə göndərilən din əsrlər boyunca dost olan bu iki xalqı hərləyib-fırlayıb bir-birinə düşmən etdi.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]