Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...

31-01-2026, 00:08           
Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Gün ərzində müxtəlif saytlardan zəng vurublar ki, Yazıçılar Birliyi sizi hüquq-mühafizə orqanlarına şikayət edəcək, bu barədə nə deyə bilərsiniz? Düzü, bu xəbərə həm təəccübləndim, həm də təəccüblənmədim.
Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”.
Nə orada gedən ev davalarına qoşulmuşam, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmışam. Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmri?
Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər.
Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb.
Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Allahınız köməyiniz olsun!
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]