Qulun Tanrısı, Tanrının Qulu

9-02-2026, 00:01           
Qulun Tanrısı, Tanrının Qulu
İtaət üzərində qurulan sistemin anatomiyası
Dinlər, quldarlığın ilahi dildə rəsmiləşdirilməsidir.
Çünki bu sistemdə insan “Tanrının qulu” adlandırılır.
Bu ifadə təsadüfi termin deyil, bütöv bir dünyagörüşünün mərkəzidir.
Qul olan varlıq azad ola bilməz.
Dinlər insanı öz ağlının sahibi olmaqdan çıxarıb, metafizik bir hökmün qarşısında diz çökdürür.
İnsan artıq öz həyatının subyekti deyil — “əmrlə yaşayan obyektə” çevrilir.
İtaət burada mənəvi seçim deyil, varoluş qaydasıdır.
Qorxu ilə müqəddəs adlandırılan bu sistem, şüuru tabeçiliyə öyrədir.
Cənnət və cəhənnəm isə bu quldarlığın mükafat–cəza mexanizmidir.
Tarix göstərir:
Qul tanıyan Tanrı anlayışı, qula hökm edən hakimiyyətlər doğurur.
Saraylar ibadət yerlərinin kölgəsində qurulur,
zülm isə “qədər” adı ilə haqq qazandırılır.
İnsan qul olmaq üçün doğulmur,
amma ona deyilir ki, sən doğularkən artıq kiməsə məxsussan.
Bu, ruhun zəncirlənməsidir.
İnsan quldursa,
Tanrı hakimdir.
Tanrı hakimdirsə,
yer üzündə onun adından danışan hər kəs də hakim olmaq iddiasındadır.
Və bu zəncir qırılmadıqca,
azadlıq yalnız söz olaraq qalacaq.
Düzgün Atalı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru