İçimizdəki Səfəvi.

19-02-2026, 10:27           
İçimizdəki Səfəvi.
Bürokratiya Çin mədəniyyətinə aid bir sistemdir. Şərqə və Avropaya kağızın kəşfiylə yayılıb.
Bürokratiya artıq dünyada bir sinifdir, kastadır, Çin mənşəlidir.
Bürokratiya sükunətdə iş görür, Çin sükunətini xatırlayın; 300 il adamlar dünyanı unutdular…
Bürokratiya dövlətin məşuqəsidir, Səfəviləri xatırlayın. Biz cümhuriyyət, demokratik dəyərlər filan deyə bilərik… amma kollektiv şüur səfəvidir.
Azərbaycan 1500-ci ildə yaşayır. Xristian kültürü dekabrdan-dekabra üç-dörd günlük…
Rus çarının maarifçilik siyasətini biz evdə ər-arvad münasibətlərində yox etdik. Düz etdik. Hissləri idxal etmək olarmı? Cəmiyyətimizin mənəviyyatını korlayan da idxal olunmuş duyğulardı.
Xətailik də idxal olunmuş duyğudur, emosional brenddir. Nə ad qoymağımızdan asılı olmayaraq Azərbaycanda hər evdə bir Şah İsmayıl Xətai var.
Və bu xətailiyin ictimai fəsadı bizi yox etmək qüdrətindədir.
İqtidarını itirmiş ideologiyalar məşiətdə didaktik “bomj” kimi həyatına davam edir.
Bu gün bizim bürokratik sistem “Səfəvi bomju”dur” .
Nə Türkmənçay, nə Cümhuriyyət, nə demokratik dəyərlər… hamısı kosmetika, milli konyuktura.
Kollektiv şüur səfəvidir!
Müsəlmanlarda kağıza münasibət mistik, metafizikdir. Müsəlmanın allahı kağızın Çində kəşf olunuduğu bilmirdi, ona görə yuxarıdan şifani döşəyirdi. Ərəblərin allahının Çin kağızından xəbəri olsaydı, "oxu" deməyəcəkdi, "yaz" deyəcəkdi.
Bilgisizlik allahı da pərt edən bir qüsurdur.
Xüsusilə müsəlman-türk etnosu üçün kağız allah deməkdir. Sonradan görənin görməmişliyi! Klassik türk ədəbiyyat “Hökmdar və kağız” serialıdır. Türk kağız dövrünün bütpərəstidir.
Türk dünyasında bürokratik sistem sağ qalmış bütpərəstlikdir…
“İçimizdəki Səfəvi” essesi – yaxın günlərdə!
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru