Kirin başını kim kəsib?

5-03-2026, 15:04           
Kirin başını kim kəsib?
"Massagetlər Aras(z) çayının o tərəfində yaşayırlar, bəziləri onları sak/skif hesab edirlər, çünki bu etnos da saklar kimi geyinir və onlara oxşar həyat tərzi sürürlər. Massagetlərin məlaikəsi hökmdar əri vəfat etdiyinə görə Tomris olmuşdur. Massagetlər çoxsaylı və igid tayfalardır, onların hər şeyi (geyimləri) qızıl və misdəndir, çünki bu ölkədə qızıl və mis boldur. Onlarda hər kişi yalnız bir arvad alır. Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonra onun ətrafında toplaşaraq yığdıqları meyvələri oda atıb yeyirlər".
Herodot, Tarix, I, 205-216.
“Tomris Kiriusun başını Azərbaycan ərazisində kəsib, çünki Kir (Kirius) massagetləri də özünə tabe etdirmək fikrinə düşmüşdü.Tomrislə Kirin ordusunun arasında böyük çay olduğunu Herodot da yazıb. O qeyd edir ki, Kir o çayı keçmək üçün körpülər saldırırdı. Düzdür massagetlər Orta Asiyada da yaşayıb, amma onlar indiki Manqışlaq tərəfdə - Aral gölü ilə Xəzərin arasındakı ərazilərdə yaşayıblar. Bu massagetlər isə bu biri tərəfdə idi. Massagetlər Quzey Azərbaycanda da yaşayırdılar, Dərbənddən Astaraya qədər yayılmışdılar və bəylikləri də var idi. Kirius Tomrislə döyüşə bilmək üçün 2 böyük çay keçməli idi. Bir Qızılüzəni, bir də Arazı. Herodot yazır ki, o Araz çayını keçdi".
Firudin Ağasıoğlu, azərbaycanlı alim, fəlsəfə doktoru, professor, türkoloq.
Qeyd: Lerik rayonunun Ozobijon- Gunəşli kəndi ilə Noda kəndinin arasında yerləşən yamacda "Kiri kışdə" yəni "Kirin oldürüldüyü yer" adlı ərazi var. Ərazidə Kirlə bağlı daha iki toponim var Kirpora ( Kirin para-para edilməsi, Kirin parası) və Kırporə ru (Kir çayı).
Qeyd: Saklar Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Naxçıvanda Sakarabad, Ordubadda Sakqarsü, Ağsuda Sak(n)qala, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad, Türkiyədəki Sakarya və s . toponimlər sak türklərinin adı ilə, Maştağa toponimi isə Massagetlərin adı ilə bağlıdır.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru