CHE GUEVARANIN ÖLÜMÜ

13-03-2026, 17:14           
CHE GUEVARANIN ÖLÜMÜ
Çe Gevara Boliviyada əsir götürüldükdə, onu kimin öldürəcəyini müəyyən etmək üçün əsgərlər arasında lotereya keçirildi. Həmin əsgər Mario Teran idi.
Tarix 9 oktyabr 1967-ci il idi.
Daha sonra Çenin cəsədi vertolyotun şassisinə bağlanaraq, həyatını qurban verdiyi Boliviya yerli xalqının üzərindən Vallegrandaya aparıldı. Cəsədi xəstəxanadakı vannaya qoyuldu və mətbuata göstərildi. Bir həkim onun əllərini kəsdi və naməlum bir yerdə dəfn edildi.
Əfsanənin sonunu elan etmək üçün Çenin cəsədinin nümayiş olunduğu vertolyot Gulf Petroleum tərəfindən Boliviya prezidenti Rene Barrientosa 2 milyard dollar dəyərində qaz və 1 milyard dollar dəyərində neft müqabilində verildi. Tarixin indiyə qədər gördüyü ən qəddar və oğru prezidentlərdən biri olan Barrientos bu vertolyotla Boliviyanı gəzərək xalqa pul yağdırdı. Diktator göydən yalnız pul yağdırmırdı. Hətta vertolyotdan insanlara minlərlə futbol topu payladı!
Təbliğat səfərlərindən birində vertolyot yenidən insanlara pul paylamaq üçün eniş etdi. Yenidən qalxmaq üzrəykən naqillərə ilişdi, tarazlığını itirdi və qayalara çırpıldı və partladı. Beləliklə, vertolyotu hər dəfə gördükdə Çenin cansız bədəninin son səfərini xatırladan yerli sakinlərin lənəti gerçəkləşdi və Barrientosun zülmü, pulu ilə birlikdə, aradan qaldırıldı!
1997-ci ildə Boliviyanın Vallegrande şəhəri yaxınlığındakı bir uçuş-enmə zolağı qazıldı. Torpaqdan əlsiz bir insan skeleti tapıldı. DNT testləri illərdir təyyarələrin enib-qalxdığı sümüklərin Çeyə məxsus olduğunu sübut etdi.
Eltac Heydərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru