Mirzə Fətəli Axundzadənin nəvəsi Yaponiyada yaşayır

12-03-2026, 07:04           
Mirzə Fətəli Axundzadənin nəvəsi Yaponiyada yaşayır
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə vəfat edərkən oğlu Rəşid Fransada təhsil alırdı. Rəşid Azərbaycan qayıtdıqdan sonra fransız casusu kimi ittiham olunurdu. Təqib və ittihamlardan bezən, əsəbləri pozulan Rəşid intihar edir. Onun oğlu, M.F.Axundzadənin nəvəsi Fətəli isə Azərbaycandan sürgün olunur.
Ömrünün qalan hissəsini Yaponiyada yaşayan Fətəlinin Pərirux adlı qız övladı olur. M.F.Axundzadənin anadan olmasının 175 illiyi qeyd olunarkən Pərirux Pərsinecati Bakıya dəvət olunur və bu tədbirdə iştirak edir. Onun oğlu Parsi Parsinecati isə hal-hazırda Yaponiyada yaşayır.
Təəssüf ki, Parsi bəy belə bir mötəbər nəsildən olmasından uzun müddət xəbərsiz olmuş, yalnız bu yaxınlarda məlumatlandırılıb.
Bünyamin Bünyadzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru