"Mən bura ərimin yox, Xanın dalınca gəlmişəm. O ki, qaldı övladlarıma, onlar da hamı kimi-adi qaydada dəfn olunacaqlar"

19-03-2026, 07:54           
"Mən bura ərimin yox, Xanın dalınca gəlmişəm. O ki, qaldı övladlarıma, onlar da hamı kimi-adi qaydada dəfn olunacaqlar"
"Cənab general, xanım xahiş edir tapşırasınız ki, Cavad Xanın meyidini bizə versinlər. O, adına-sanına layiq bir şəkildə torpağa tapşırılmalıdır.
General: (Tərcüməçiyə xitabən) Xanıma deyin ki, icazə verildi, ancaq mənim bildiyimə görə xanımın övladları da döyüşdə həlak olublar, onların da meyidini götürüb apara bilər.
Cavad Xanın həyat yoldaşı: Mən bura ərimin yox, Xanın dalınca gəlmişəm. O ki, qaldı övladlarıma, onlar da hamı kimi-adi qaydada dəfn olunacaqlar".
"Hökmdarın taleyi" filmində rus general Sisianov ilə Cavad Xanın həyat yoldaşı arasında dialoq.
Qeyd: Azərbaycanlıların XVIII əsrdəki dövləti olan Əfşarlar İmperiyası hökmdar Nadir Şahın yatdığı yerdə öldürülməsindən (1747-ci il) bir müddət sonra xanlıqlara parçalanmış, Azərbaycan ruslar tərəfindən işğal edilmiş, nəticədə Azərbaycan türklərinin tarixində 250 illik uzun və faciəvi bir dövr başlamışdı. (Çar Rusiyası işğalı, Azərbaycanın parçalanması, 1905-07-ci il soyqırımı, Mart soyqırımı, 1920-ci il bolşevik işğalı, İrəvanın və Zəngəzurun itirilməsi, 37-ci il Stalin repressiyaları, 20 yanvar faciəsi, Qarabağın işğalı, Xocalı soyqırımı və s).
Gəncə xanı Cavad xan xanlığın işğalı zamanı döyüşlərdə təslim olmamış, qəhrəmancasına vuruşaraq döyüş meydanında həlak olmuşdur. Onu döyüşdə məğıub edən Sisianovun başı bir müddət sonra Bakı xanlığına hücum zamanı Hüseynqulu xan tərəfindən (bəzi mənbələrə görə isə xanın qardaşı oğlu tərəfindən) kəsilmişdi.
Ruhu şad olsun.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru