H. Z. Tağıyevi duelə çağıran onun qadınına sataşan, eşqnamələr oxuyan və sonda döyülən L.B.Behbudov
1-04-2026, 12:54

Lütvəli bəy Behbudov 149
Bu gün 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində, bəy nəslindən olan Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü, mühəndis Lütfəli bəy Behbudov anadan olduğu gündür. İlk təhsilini Şuşada rus-tatar məktəbində alan Lütfəli bəy, sonra Bakıda realnı məktəbdə oxuyub. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirdikdən sonra 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir vəzifəsində çalışıb. O, məzun ola bilməzdi. Bəxti onda gətirir ki, Əlimərdan bəy Topçubaşov onun təqaüd alması üçün H.Z.Tağıyevə tövsiyə verir. Nəticədə Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də Behbudova həvalə edir.

Bir az da geniş desək Lütfəli bəy Peterburq Texnoloji İnstitutuna daxil olanda hətda burada kütləvi tələbə iğtişaşlarında iştirakına görə, institutdan çıxarılmış, lakin sonra bərpa edilmişdi. 1903-cü ildə həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirib, Bakıya qayıdanda Bakı gömrük departamentində işə başlayan Lütfəli bəy, həm də Xəzər Ticarət Donanmasının gəmi mexanikləri kursunda nəzəri mexanikadan dərs də deyirmiş. Hacının evində şəxsi mühəndis kimi də çalışan Lütfəli bəy, həm də Tağıyevə məxsus "Kür-Xəzər” səhmdar cəmiyyətinin müdiri işləyib. Behbudov həm Tağıyevin xeyirxahlığından faydalananlardan biri, həm də sonradan onun biznes məsələlərində mühüm köməkçisi olmuşdu.
Məlumatlar belədir ki, Lütfəli bəy tatar knyaginyası Leyla xanımla evlənib və bu evlilikdən onların Dilarə bəyim, Pəri bəyim və Leyla bəyim adlı qızları dünyaya gəlib.
https://bakuresearchinstitute.org/the-taghiyev-behbudov.../
Onun H.Z. Tağıyevlə qarşıdurması o vaxt çox böyük səs küyə səbəb olmuşdu. Qarşıdurma genişlnərk məhkəməyə qədər gedib çıxmışdı.təbii ki, bu qarşıdırmanın böyüməsində, H.Z.Tağıyevin nüfuzuna zərbə vurmaqda maraqlı olan qüvvələr də var idi. Hadisə isə belə baş vermişdi.
Hadisə indiki H.Z.Tağıyevə məxsus və ailəsinin qaldığı Tarix Muzeyində baş vermişdi. Mayın 16-da, səhər yeməyi vaxtı Sona xanım (general-leytenant Balakişi Ərəblinskinin kiçik qızı idi. Bakının aristokratik dairələrində daha çox Sofya Vladimirovna kimi tanınırdı) ərinə demişdi ki, "Sənin Behbudovun namussuzun biridir. Onu qov getsin!" Hacı səbəbi ilə maraqlananda bildirmişdi ki, Lütfəli bəy daim onu təqib edir, xoşagəlməz hərəkətlərə yol verir. İş o yerə çatıb ki, bir dəfə əlindən tutaraq eşq elan eləməyə, hətta öpməyə cəhd göstərib.
Gözlənilməz xəbər Hacını sarsıtmışdı. Çünki Lütfəli bəylə həmişə oğlu kimi davranmışdı. Ali təhsil almasına, cəmiyyətdə mövqe tutmasına kömək etmişdi. Müəllim maaşının 40-50 manat olduğu bir şəraitdə ona ayda 450 manat verirdi. Üstəlik, yaşadığı böyük mənzilin kirayəsini, istifadəsində olan ekipajın xərclərini də ödəyirdi. Hacı xoşagəlməz xəbəri yaxın adamların çevrəsində elan etmək, duz-çörək itirən mühəndisə yerini göstərib hamının gözü qarşısında dərsini vermək, onunla birdəfəlik üzülüşmək məqsədi ilə böyük oğlu da daxil olmaqla yuxarıda adları çəkilən şəxsləri saat üçdə evinə çağırmışdı. neft milyonçuları Murtuza Muxtarov və Musa Nağıyevlə də əlaqə yaratmağa çalışmışdı. Qardaşı oğulları Bağırla Məhəmməd Rza ilə Behbudovdan döydürərək qisas alır. Ertəsi gün dostluq əlaqələri saxladığı iki tanınmış həkim - Azərbaycan Cümhuriyyəti Parlamentinin gələcək üzvləri Bəhram bəy Axundovla Xosrov bəy Sultanov öz evində onu müayinə etmişdilər. Həkimlər gəldiyi nətəcəyə görə Lütvəli bəyin sağ gözünün altının göyərməsi, cənəsindəki xırda çapıq və qollarındakı qançırlar istisna olunmaqla həyatı üçün təhlükə törədən bir xəsarət və ya zədə aşkara çıxarılmamışdı.
https://anl.az/down/meqale/525/2024/iyul/903629.htm...
Bu hadisə çox böyük rezonans doğurmuşdu. Məsələ "Molla Nəsrəddin" jurnalında da işıqlandırılır. Bütün bunlardan çox təsirlənən H.Z.Tağıyev mənsub olduğu bütün mülklərində, işlərində olan bütün qarabağlıları işdən çıxarır. Hətda yazıçı -dramturq Ə.B.Haqverdiyev belə işsiz qalır. bu məsələni o dövrün mətbuatı həddən ziyada şişirdib. Rus və erməni dillərində çap olunan qəzetlərdəki məqalələrdə H.Z.Tağıyev nəinki tənqid edilir, hətta təhqirə də yol verilir. Tədqiqatçı-yazar Qılman İlkin yazırdı: "Bu işdə Tağıyevin düşmənlərinin, xüsusən də erməni varlılarının əli vardı”.

Ü.B.Hacıbəyovun da H.Z.Tağıyevlə münasibətləri soyuyur və deyilənə görə o, bu hadisəni “O olmasın, bu olsun” filmində göstərməyə çalışıb. Tağıyev Sona xanımla ailə qurarkən 73 yaşında olub. Sona xanımın isə onda 16 (bəzi mənbələrdə 21 və 30 qeyd olunub) yaşı vardı. (Məşədi İbadın arvadlarından birinin adı Sona idi, Gülnazla evlənmək istəyəndə Məşədinin 50, Gülnazın isə 15 yaşı vardı).
“O olmasın bu olsun” operettasında Gülnazla eşq yaşayan student Sərvər mühəndis idi. Real həyatda da Sona xanımın gənc mühəndis Lütfəli bəy Behbudovla münasibətdə olduğu bilinir. Məşədi İbad da Hacı Zeynalabdin Tağıyev kimi dindar idi. O, islam dininə uyğun olaraq 3 dəfə evlənmiş, dördünü dəfəsində isə Gülnaza talib olmuş, ancaq bu izdivac bildiyimiz səbəblərdən baş tutmamışdır.
Arxiv sənədlərdən də bəlli olur ki, Üzeyir Hacıbəyovun Tağıyevə münasibəti soyuq olub. Səbəblərdən biri kimi Tağıyevin Lütfəli bəy Behbudovu öz evində döydürməsi, mətbuatı satın alması (Tağıyev neft maqnatı olmaqla yanaşı, həm də media maqnatı idi), Molla Nəsrəddin qəzetinə qarşı təzyiqlər göstərməsi idi. Tağıyev və Behbudov mübahisəsini o dövrdə yalnız Molla Nəsrəddin jurnalı işıqlandırmışdı.
Hüseyn Seyidzadənin rejissorluq etdiyi “O olmasın bu olsun” filmində bu məsələyə daha geniş toxunulub. Qoçu Əsgər və dəstəsi Məşədi İbadın (Tağıyevin), Molla Nəsrəddinçilər isə Sərvərin (Lütfəli bəy Behbudovun) tərəfində idi.
Filmdə insanların yazığı gəldiyi Hambal belə, əslində yazıq yox, digərləri kimi fırıldaqçı imiş. Filmdə yalnız bir dürüst qəhrəman var, o da heç kimə bənzəməyən, həmişə özü olan Məşədi İbad
https://azlogos.eu/m%C9%99s%C9%99di-ibad-oldugu-kimi/...
Lütvəli bəyin taleyi acı olub. yəni hara gedib problemlərlə üzləşib. Doğrudur, baş vermiş hadisədən sonra L.Behbudov Bakını tərk etməyə məcbur olur və bir müddət ömür-gün yoldaşı Leyla xanımla (Leyla xanım tatar qızı idi) Rusiyanın müxtəlif şəhərlərində yaşayıb. Onun hətda "Tağıyevlə arasındakı münaqişədən sonra bir müddət ailəsi ilə birlikdə Parisə köçərək orada əmisi oğlu Səlim bəy Behbudovun (1883-1943, Sorbonnanın Siyasi Elmlər Məktəbini bitirdiyi, 1910-1913-cü illərdə Parisin Berlits məktəbində Şərq dillərini tədris etdiyi də göstərilir. Azərbaycan Cümhuriyyəti dönəmində bir sıra diplomatik tapşırıqları yerinə yetirmiş, Qarabağda qaçqınlar üzrə müvəkkil kimi çalışıb. O, daha çox İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərinin fransızcadan tərcüməçisi kimi tanınır - V.Q.) yanında yaşayıb, sonra isə Türkiyəyə köçüb".

1917-ci il hadisələri baş verəndə yenidən vətənə qayıdıb. 1917-ci ildə Tiflisdə Zaqafqaziya Xüsusi Komitəsi yaradıldıqdan sonra Lütfəli bəy həmin il Qarabağda Komitənin nümayəndəsi təyin edilib. 1918-ci ildə Zaqafqaziya Seymi yaradılarkən Qarabağdan ora deputat seçilib. Tez-tez "Nicat” Xeyriyyə Cəmiyyətinin toplantılarında, xeyriyyə işlərində yaxından iştirak edən Lütfəli bəyin, Cəmil Cahid bəylə də (polkovnik Cəmil Cahid bəyi 1918-ci ildə erməni-müsəlman qırğını zamanı Nuru paşa 1-ci Azərbaycan diviziyasının komandiri olaraq Qarabağa göndərib) arasında münaqişə olduğunu yazan mənbələr də var. İddia olunur ki, guya onu, Qafqaz İslam Ordusunun əsgərləri məhv edib. Başqa bir iddiaya görə, Cəmil Cahid bəylə görüşdən sonra Ağdamda həbs edilib və zindanda öldürülüb. Digər versiya isə onun ermənilər tərəfindən öldürülməsidir.
Həmin günlərin canlı şahidi olan Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də bunu açıq-aydın yazır ki, "Şuşada ermənilərlə müsəlmanların münasibətləri tarıma çəkilmiş vəziyyətdə idi. Ermənilər Əsgəran qalasını bağlamış, müsəlmanları arandan ərzaq almaqdan məhrum etmişdilər. Belə ağır bir vaxtda söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük pişvaz tədbirləri görürdülər.Müsəlmanlar və ermənilər üz-üzə səngər qazmışdılar. Atışma gedirdi. Ətraf ərazilərdən adamlar hər gün ora gedir, döyüşlərə tamaşa edir, ümid edirdilər ki, müsəlmanlar ermənilərin cəbhəsini yarıb, hər an Şuşaya girə bilərlər. Bir gün bədbəxt Behbudov da (Lütfəli bəy) görünən bir yerdə dayanıb durbinlə döyüşün gedişini izləyirmiş... Həmin yerdə Behbudovu görürlər və dəqiq nişan alaraq düz ürəyindən vururlar"
Bu vaxt onun 37 yaşı var idi.
https://kaspi.az/.../behbudovlar-neslinin-ermeniler...
https://senet.az/.../studentler-romani-tariximizin...
Baba Allahnəzərov
TEREF


