Bakı Dövlət Universitetinin ilk rektoru, Kazan universitetinin professoru Vasili İvanoviç Razumovskinin doğum günüdür.
13-04-2026, 15:14

Bakı Dövlət Universitetinin ilk rektoru, Kazan universitetinin professoru Vasili İvanoviç Razumovskinin (8 aprel 1857-7 aprel 1935) doğum günüdür.
Razumovski: "Azərbaycan öz ali təhsil ocağını yaratdı. Türk (Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Azərbaycanın qovuşacağında yeni çıraq yandı. Yaşa, çiçəklən, var ol, Bakı Univerditeti!”
Böyük Məhəmməd Əmin Rəsulzadənin Universitetin yaradılmasından sonra söylədiyi bu möhtəşəm fikirlər sanki indi deyilib: "Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz beynəlmiləl elmi hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorları ağzından da öyrənə bilirik. Çünki bizə elm və fənni, Çində belə olsa, öyrənməyi tövsiyyə etmişlər. Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz ruslar mərkəzində, rus darülfünunlarında təhsil edənlərdən zərər görmədik. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək...Heç bir millət tarixən ilk addımında milli darülfünuna sahib olmamışdır.“
1919-cu ildən indiyə qədər Bakı Dövlət Universitetinə 24 rektor təyin olunub.
Universitetin 4 rektoru güllələnib:
Tağı Şahbazi Simurq (1926-1929)
Maqsud Məmməd oğlu Məmmədov (1929-1930)
Məmmədkazım Ələkbər oğlu Ələkbərli (1934-1935)
Balabəy Cabbar oğlu Həsənbəyov (1935-1937)
Zəruri qeyd: Ümummilli Liderimiz Heydər Əliyev 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi. Bu çıxış həmin dövrdə respublikada geniş əks-səda yaratmışdı: "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi."
Etibar Əliyev
TEREF

