Şeyx Şamil hərəkatının Azərbaycandan mənəvi qaynağı: Qəbələli Dərviş Baba.
Bu gün, 17:54
Şeyx Şamil hərəkatının Azərbaycandan mənəvi qaynağı: Qəbələli Dərviş Baba. Azərbaycan dini-fəlsəfi fikrinin Şimali Qafqazda Qəzavət hərəkatının, xüsusən, bu hərəkatın, Şeyx Şamil nücadiləsinin dini-ideoloji zəminini təşkil edən nəqşbəndiliyin intişar tapmasında mühüm rolunu belə bir fakt da təsdiq edir: Şeyx Şamilin müəllimi məşhur üləma Şeyx Məhəmməd Yəraqi uzun müddət Şirvanda Şeyx Məhəmməd Nəbidən, xalq arasında Qəbələli Dərviş Baba kimi tanınan görkəmli din xadimindən, fiqh üzrə dövrünün ən böyük alimlərindən birindən dərs alıb. Şeyx Məhəmməd Yəraqi ilə birlikdə təhsil alan Dəvəçili İbrahim Əfəndinin – nəqşbəndi Şeyxi Əfəndi Babanın üç oğlu (İsmayıl əfəndi, molla Məhəmməd və Əbdülvahab əfəndi) Şeyx Şamillə birlikdə Darqo döyüşündə çar ordusuna qarşı vuruşmuş və buna görə vətənlərindən sürgün edilmişlər. Onun nəvəsi Həmdulla Əfəndi 1918-ci ildə erməni terrorçularına qarşı vuruşub, Azərbaycan istiqlal hərəkatının iştirakçısı olub. Qədim Rəfibəyli TEREF