Almaniyada biletsiz bir polis əməkdaşı özünü “məxfi missiyada” olduğunu deyərək bələdçini inandırmağa çalışıb

27-04-2026, 11:34           
Almaniyada biletsiz bir polis əməkdaşı özünü “məxfi missiyada” olduğunu deyərək bələdçini inandırmağa çalışıb
Almaniyada biletsiz bir polis əməkdaşı özünü “məxfi missiyada” olduğunu deyərək bələdçini inandırmağa çalışıb. Bu isə alınmayıb. İndi onu məhkəmə gözləyir.
Federal Cinayət İşləri İdarəsinin (BKA) 25 yaşlı əməkdaşı Berlindən Bazelə gedən yüksək sürətli ICE qatarına minib. Onun yanında böyük həcmli baqaj olub. Yaxınlaşan bələdçi kişidən biletini göstərməsini xahiş edib. Bunun əvəzinə polis əməkdaşı xidməti vəsiqəsini təqdim edərək başqa bir həmkarı ilə birlikdə “məxfi missiya” çərçivəsində müşahidə apardığını bildirib.
Tezliklə məlum olub ki, biletsiz sərnişin “müşahidəni” sadəcə smartfonunda film izləməklə aparır, haqqında danışdığı həmkar isə ümumiyyətlə ortada görünməyib. Şübhələnən bələdçi vəziyyət barədə federal polisə məlumat verib və onlar həmkarlarını Hannover vağzalında qarşılayıblar. Daha sonra aydın olub ki, BKA əməkdaşı heç bir “məxfi missiyada” olmayıb və ümumiyyətlə xidmətdə də deyilmiş.
Kişi gediş haqqı kimi 69,99 avro ödəməli olub, lakin bununla problemləri bitməyib. Berlin prokurorluğu biletsiz polisə qarşı xüsusilə ağır formada dələduzluğa cəhd ittihamı irəli sürüb. Qanuna görə, bu əmələ görə 6 aydan 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
dw.com
Karim Tahiroglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru