Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? VİDEO

27-04-2026, 10:14           
Şəhid general-mayor Məhəmməd Əsədov –
General-mayor Məhəmməd Əsədov – Bu ad tarixə müstəqil Azərbaycanın ilk Daxili İşlər naziri və şəhid Dövlət Müşaviri kimi düşüb.

Qlobal.net xatırladır ki, o, Qarabağa dəfələrlə səfərlər edərək erməni hücumlarının qarşısını almaq üçün ilk milis dəstələrini yaratmışdı.

O, hara gedirdisə, yanınca mühafizəçi aparmazdı… Vertolyot qəzasından bir neçə gün əvvəl Məhəmməd Əsədov Ermənistanın daxili işlər naziri ilə görüşə də tək getmişdi. Qazax rayonunda maşından enən erməni nazir M.Əsədovu mühafizəçisiz görəndə heyrətdən karıxıb qaldı. O, görüşə böyük mühafizə dəstəsi ilə gəlmişdi. Qarşısında qürurla duran azərbaycanlı generalın isə yanında təkcə köməkçiləri dayanmışdı… Həmin görüşdə M.Əsədov erməni naziri təkcə məğrurluğu ilə deyil, tutarlı sübutları, qanuni işləri ilə də məhv etmişdi.
Qarakənd terrorunun qurbanlarından biri General-mayor Məhəmməd Əsədovun şərəfli ömür yolu və başına gələnlər haqda ətraflı videoda tanış olun:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru