Ruhulla Axundov

Bu gün, 17:24           
Ruhulla Axundov
Ruhulla Əli oğlu Axundov (13) yanvar 1897, Şüvəlan, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu — Azərbaycan-sovet dövlət və partiya xadimi, publisist, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1924–1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.
Ruhulla Əli oğlu Axundov 1 (13) yanvar 1897-ci ildə Bakı quberniyasının Şüvəlan kəndində müəllim ailəsində anadan olmuşdur. 1901-ci ildə, 4 yaşında atası vəfat etdiyi üçün bacılarının himayəsində yaşamışdır.
Azərbaycan SSR xalq artisti Nəcibə Məlikovanın dayısıdır.
Həbsi və ölümü
Ruhulla Axundov Stalin repressiyalarının qurbanı olmuşdur. O, əks-inqilabi milliyyətçi təşkilatın üzvü olduğu ittihamı ilə 17 dekabr 1936-cı ildə daxili işlər orqanları tərəfindən Bakı şəhərində həbs edilmişdir. 26 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası sıralarından xaric edilmişdir. Sonradan İngiltərə, Almaniya və Türkiyə xeyrinə casusluqda, həmçinin üsyan qərargahının təşkilində və Kliment Voroşilova qarşı uğursuz sui-qəsdin hazırlanması ilə təqsirləndirilmişdir.
İstintaq dövründə işgəncələrə məruz qalaraq ittihamları etiraf etməyə məcbur edilmişdir. 21 aprel 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən barəsində güllələnmə hökmü çıxarılmışdır. Ruhulla Axundov elə həmin gün Moskva şəhərində, "Kommunarka" poliqonunda güllələnmiş, orada da dəfn edilmişdir.
7 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona ölümündən sonra bəraət verilmişdir.
Vusale Memmedli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru