"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO

Bu gün, 16:24           
"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur" - VİDEO
Əməkdar artist Elnarə Abdullayeva sosial şəbəkədə onun açıqlamalarını tənqid edənlərə cavab verib.

Müğənni "İki başlı" proqramında tənqid yazanları tərbiyəsiz adlandırıb:

"İnsan o vaxt dillənir ki, hansısa haqsızlığı görür. Elə şeylər var ki, deyiləsi və deyilməyəsi. Suallar verilir, mən də aldığım tərbiyəyə görə cavab verirəm. Bu gün mənim aldığım tərbiyə yazan insanlara qəribə gəlir. Elə başa düşürəm ki, bu tərbiyə onların ailəsində yoxdur. Mən öz ailəmə uyğun danışıram. Heç kimlə qalmaqal etmirəm. Görmüsünüz, kiminsə arxasınca danışım? Heç kimlə işi olan deyiləm. Məndən soruşursan evim və ailəm haqqında, özümə uyğun cavab verirəm. Gedib kiminsə yerinə cavab verəsi deyiləm. Tərbiyə görməyən insanların yerinə cavab verə bilmərəm. Ona xoş gələn formada cavab verə bilmərəm. Bu gün mənim efirdə qabiliyyətli, tərbiyəli danışan vaxtımdır. Bunun tərbiyə görməyənə pis təsiri varsa, mənim yox, onun problemidir.
Elə şey var ki, təbiidir. Əgər yersiz sual olsa, cavab verəcəyəm. Həm yaşıma uyğun danışmalıyam. Gənclərə məsləhətli cavab verməliyəm. Yaxşıya doğru deməliyəm. Amma bəzilərinə hər şey qəribə gəlir. Bunlar hansı ailə tərbiyəsini alır ki, onlara qalmaqallı gəlir". (Axşam.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru