İ.V.Stalin RSFSR xalq xarici işlər komissarı Çiçerinə məktubu
Bu gün, 17:08

İ.V.Stalin RSFSR xalq xarici işlər komissarı Çiçerinə məktubunda yazırdı: “Moskvada olduğum zaman Qaraxanı lap orta partiya hazırlıqlı hər hansı müsəlmanla əvəz etmək haqqında MK-da məsələ qaldırmağı yoldaş Leninə təklif etdim. Nərimanov mənim üçün çoxlu belə müsəlmandan biridir, özü də, onun geniş siyasi perspektivinin yoxluğunun dərdini çəkməyə dəyməz: axı siyasəti o yox, əlbəttə, MK və Xarici İşlər Komissarlığı aparacaq – Nərimanov bayraq kimi lazımdır”
M.Ə.Rəsulzadə isə N.Nərimanovu sandalya xəstəsi adlandırmışdı: "Rus süngüləri ucunda hökumət kürsüsündə oturan Nəriman bu iqbalına bir az da öz keçmişi ilə haqq qazanmışdı. Azərbaycan kommunistləri deyilən şəxslər arasında Azərbaycan xalqı tərəfindən bir az olsun tanınmaq şərəfinə nail olan yeganə biri var idisə, o da Nəriman idi... Sırf hiylə və oyun ilə gələn qırmızı qüvvət ilk günlərdə xalqın gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu ixtiyar Nərimanov ifa edirdi... Moskva tərəfindən ona veto haqqı da verilməmişdi.”."Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi. Çünki xəstə idi. MövqYeni kafe, sandalya xəstəsi idi".M.Ə.Rəsulzadə."Yeni Kafqaziya" qəzeti.
Baba Allahnəzərov
TEREF

