“Xam neftin polinanosədd xassəsi”– NanoMolekulyar Fizika, NanoKolloid Kimyası, NanoNeft Fizikası, NanoNeft Kimyası kimi müasir elmlər inteqrasiyasında Azərbaycan alimlərinin rəhbərliyilə ilk Elmi Kəşf Almaniyada qeydə alınıb

Bu gün, 08:08           
“Xam neftin polinanosədd xassəsi”–
TEREF xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki, Azərbaycan Benəlxalq Mühəndislik Akademiyasının Prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev və kimya elmləri doktoru, professor, Azərbaycanda “Kolloid kimyası” ixtisası üzrə yeganə k.e.d., Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Rahim Abas oğlu Daşdiyevin rəhbərlikləri altında bir qrup Azərbaycan, Çin (dünya üzrə ən böyük neft-kimya komplekslərindən biri olan “Sinopek” şirkətinin əməkdaşları timsalında) və Qazaxstan alim və aparıcı mütəxəssislərinin həmmüəllifliyilə “Xam neftin polinanosədd xassəsi” – NanoMolekulyar Fizika, NanoKolloid Kimyası, NanoNeft Fizikası və NanoNeft Kimyası kimi müasir elmlər inteqrasiyasında ilk Elmi Kəşf olaraq Almaniyada qeydiyyatdan keçib.
“Xam neftin polinanosədd xassəsi” – NanoMolekulyar Fizika, NanoKolloid Kimyası, NanoNeft Fizikası və NanoNeft Kimyası kimi müasir elmlərin inteqrasiyasında ilk Elmi Kəşf olaraq, Azərbaycan alimlərinin rəhbərliyilə 17.11.2022-ci il tarixində Almaniyada qeydiyyatdan keçib. Bu Elmi Kəşf, 21-illik məqsədyönlü ardıcıl elmi axtarışların nəticəsidir. “Xam neftin polinanosədd xassəsi” təbii neft emulsiyalarına möhkəm davamlılıq verməklə neftin ilkin hazırlanması texnologiyalarında deemulqatorların səmərəliliyi üçün molekulyar səviyyədə energetik səddlərin (və ya maneələrin və ya baryerlərin) təminatçısı olur. “Xam neftin polinanosədd xassəsi”-nin maksimum səviyyədə dəf edilməsi üçün müəlliflər təbiətdə mövcud olan “cütlülük prinsipi” əsasında polinanoquruluşlu deemulqatorlardan (ilk dəfə olaraq diqqətə gətirilir) istifadə edilməsini təklif edirlər. Yəni “Xam neftin polinanosədd xassəsi”-nə qarşı polinanoquruluşlu deemulqatorlar qoyulur. Problemin məhz bu yolla səmərəli həlli neft yataqlarında yerinə yetirilən təcrübi-sənaye sınaq və tətbiq işləri ilə təsdiqlənmişdir. Beləliklə, qeyd edilən Elmi Kəşf nəzəri aspektlərlə yanaşı, neftin ilkin hazırlanması texnologiyalarında polinanoquruluşlu deemulqatorlar yaradılması kimi prioritet istiqamət üzrə sözün əsl mənasında inqilabi perspektivlərə malikdir.
Qeydiyyatdan keçən hər bir Elmi Kəşfdən sonra Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının prezidenti tərəıfindən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə həmin Elmi Kəşf və onun müəllifləri haqqında rəsmi məktub ünvanlanır. Bu da müəlliflər üçün sözün əsl mənasında zəngin mənəvi bir dəyərdir. Müəlliflərin Elmi Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olmalarında əsas
meyar hesab etdikləri beynəlxalq səviyyəli mötəbər mənbələr:
Ümummilli Liderimiz Heydər Əliyevin benəlxalq miqyasda ilk dəfə olaraq “Alimləri
Dəyərləndirmə Bəyanatı”:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

Prezident İlham Əliyevin ümumdünya əhəmiyyətli “Elmdə Zəruri İslahatlar
Strategiyası”ndan tezislər:
“Hər  şeyi  bundan sonra  texnologiyalar həll  edəcək. Biz  həm texnologiyaları  gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır  ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”. (İlham Əliyev, 10 may 2023, Ulu Öndərin
100 illik Yubileyi günündə);

“ ... Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, ... Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”... (İlham Əliyev, 3 noyabr 2025, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqindən).

"Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. ... neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik"... (İlham Əliyev, 5 yanvar 2026, yerli televiziya kanallarına müsahibəsindən)
Məlumdur ki, Elmi Kəşf Elmi-Texniki İnqilabın zəruri tərkib hissəsidir, bu bütün dünyada qəbul olunmuş bir düsturdur. Odur ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ümumdünya əhəmiyyətli “Elmdə Zəruri İslahatlar Strategiyası” əsasında ölkəmizdə Elmi-Texniki İnqilaba, bütün elm sahələri üzrə Elmi Kəşflərlə nail olmaq olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru