2026-cı ilin ilk 3 ayında Qarabağda 1,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Bu gün, 12:06           
2026-cı ilin ilk 3 ayında Qarabağda 1,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Azad edilmiş ərazilərdə ümumilikdə 8,905 abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes subyekti) telekommunikasiya şəbəkəsinə qoşulub.

2026-cı ilin yanvar–mart ayları ərzində görülən işlər nəticəsində bu göstərici 1,394 yeni abunəçinin (1,323 ev təsərrüfatı və 71 biznes subyekti) xidmətlərə qoşulması ilə daha da artıb.

Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.

“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədə mövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru