Bu da reklam olunan məşhur "KARACA" - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı

27-04-2026, 09:28           
Bu da reklam olunan məşhur "KARACA" - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Aygül Əkbərova adlı müştəri "Karaca" mağazasından aldığı yeni çuqun qazanı ilk dəfə istifadə edərkən gözlənilməz və narahatedici bir problemlə qarşılaşıb.

32gun.az yazır ki, yemək bişirən zaman qazanın qapağından içəriyə doğru paslı su axdığını müşahidə edən müştəri, qapağın kənarlarında açıq-aşkar paslanma olduğunu görüb və bu pas izlərinin qazanın ağız hissəsinə də keçdiyini bildirib. Problemi sənədləşdirərək mağazaya müraciət edən vətəndaş, məsələnin araşdırılmasını tələb edib. Lakin mağazadan 4 gün sonra gələn cavab şok effekti yaradıb: şirkət nümayəndələri məhsulda heç bir qüsur olmadığını, problemin istehlakçı tərəfindən qazanın quru saxlanılmaması səbəbindən yarandığını iddia edərək şikayəti rədd ediblər. Müştəri isə çuqun qazanda yemək bişirilərkən yaranan təbii buxar və nəmin qarşısını almağın qeyri-mümkün olduğunu vurğulayaraq, şirkətin bu yanaşmasını bəhanə və müştərini yola vermək cəhdi kimi qiymətləndirib. Aygül Əkbərova "Karaca Azərbaycan" kimi böyük bir brendin belə ucuz üsullarla öz adını gözdən salmasına etiraz edərək, məsələyə yenidən baxılmasını tələb edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru