Kosmosa uçuşdan sonra Yuri Qaqarinə sovet hökuməti tərəfindən hədiyyə edilən avtomobil.
Dünən, 11:54

Kosmosa uçuşdan sonra Yuri Qaqarinə sovet hökuməti tərəfindən hədiyyə edilən avtomobil. Hazırda ilk kosmonavtın vətənində, Smolensk vilayətinin Qaqarin (daha əvvəl Qjatsk) şəhərində Y. A. Qaqarin Memorial Muzeyində saxlanılır.
Qaqarin kosmosa uçanda baş leytenant idi. O, hələ göydə ikən Xruşşov müdafiə naziri Malinovski ilə əlaqə saxlayaraq Qaqarinin rütbəsinin növbədənkənar artırılmasını istədi. Malinovski kapitan rütbəsi verəcəyini bildirdi, amma Xruşşov bunu az bilib mayor rütbəsində israr etdi. Əvvəlcə etiraz edən nazir sonda könülsüz razılaşdı.
Qaqarin yerə enəndən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, Qızıl Ulduz və Lenin ordeni ilə təltif edildi. Üstəlik, 15 min rubl mükafat aldı.
Bundan əlavə, 18 aprel 1961-ci ildə verilən sərəncam Qaqarin və ailə üzvlərinə, eləcə də valideynlərinə ev, məişət əşyaları, geyim dəsti verilməsini nəzərdə tuturdu.
SSR Nazirlər Sovetinin Y. A. Qaqarinə hədiyyələr verilməsi haqqında sərəncamı
№ 1037rs 18 aprel 1961-ci il
MƏXFİ
1. SSRİ Hökuməti adından SSRİ-nin ilk təyyarəçi-kosmonavtı mayor Y. A. Qaqarinə və onun ailə üzvlərinə əlavəyə uyğun olaraq bir ədəd "Volqa" avtomobili, yaşayış evi, mebel və tam geyim dəsti hədiyyə edilməsi zəruri hesab edilsin.
Bununla bağlı xərclər SSRİ Nazirlər Sovetinin ehtiyat fondu hesabına ödənilsin.
2. SSRİ Müdafiə Nazirliyinə (yoldaş Malinovskiyə) tapşırılsın ki, mayor Y. A. Qaqarinə xidmət yeri üzrə dördotaqlı mənzil ayırsın.
SSRİ Nazirlər Sovetinin Sədri N. Xruşşov
Məxfi
SSRİ Nazirlər Sovetinin 18 aprel 1961-ci il tarixli, № 1037rs sərəncamına
Əlavə
1. Yataq otağı, yemək otağı, uşaq otağı, kabinet və mətbəx mebeli
2. "Volqa" avtomobili
3. "Rubin" televizoru
4. "Lüks" radiolası
5. Paltaryuyan maşın
6. Soyuducu
7. Tozsoran
8. Dəhliz xalçası (“dorojka” deyilən)
9. Pianino
10. Yataq dəsti – 6 dəst
11. Yorğan – 2 ədəd
Yoldaş Y. A. Qaqarinin valideynləri üçün:
1. Üçotaqlı quraşdırılma (prefabrik) ev
2. Televizor
3. Radioqəbuledici
4. Üç otaq üçün mebel
Yuri Alekseyeviç Qaqarin üçün geyim dəsti:
1. Mövsümlük palto
2. Yüngül yay paltosu
3. Plaş
4. Kostyum – 2 ədəd (açıq və tünd rəngdə)
5. Ayaqqabı – 2 cüt (qara və açıq rəngdə)
6. Ağ köynək – 6 ədəd
7. Şlyapa – 2 ədəd
8. Corab – 6 cüt
9. İpək alt paltarı – 6 cüt
10. Tuman və mayka – 6 cüt
11. Cib dəsmalı – 12 ədəd
12. Qalstuk – 6 ədəd
13. Əlcək – 1 cüt
14. Elektrikli üzqırxan – 1 ədəd
15. İki dəst hərbi geyim forması (parad və gündəlik)
16. Çamadan – 2 ədəd
Həyat yoldaşı üçün geyim dəsti:
1. Mövsümlük palto
2. Yay paltosu
3. Plaş
4. Don – 3 ədəd
5. Qara kostyum
6. Şlyapa – 2 ədəd
7. Qarnitur – 6 ədəd
8. Uzun corab – 6 cüt
9. Tuflı – 3 cüt
10. Qadın çantası – 2 ədəd
11. Əlcək – 2 cüt
12. Ləçək – 2 ədəd (yun və ipək)
13. Bluz – 2 ədəd
14. Yun kofta – 1 ədəd
Uşaqlar üçün geyim dəsti və əşyalar:
1. Uşaq çarpayısı
2. Uşaq arabası
3. Yun don – 4 ədəd
4. Palto – 2 ədəd (qış və yay)
5. Papaq – 2 ədəd (qış və yay)
6. Ayaqqabı – 4 cüt
7. Alt paltarı – 6 cüt
8. Gəlinciklər, oyuncaqlar
9. Uşaq ləvazimatları
Anası üçün geyim dəsti:
1. Yay paltosu
2. Qış paltosu
3. Plaş – 1 ədəd
4. Don – 2 ədəd
5. Şal
6. Tuflı – 2 cüt
7. Alt paltarı – 6 cüt
8. Uzun corab – 6 cüt
9. Yun kofta – 1 ədəd
Atası üçün geyim dəsti:
1. Yay paltosu
2. Qış paltosu
3. Plaş
4. Furajka
5. Alt paltarı – 6 cüt
6. Köynək – 6 ədəd
7. Kostyum – 2 ədəd (tünd boz və tünd rəngdə)
8. Çəkmə – 2 cüt (açıq və tünd rəngdə)
9. Qalstuk – 4 ədəd
10. Cib dəsmalı – 6 ədəd
11. Corab – 6 cüt
Yoldaş Y. A. Qaqarinin iki qardaşı və bacısının hər birinə – 1000 rubl.
SSRİ Nazirlər Sovetinin İşlər Müdiri G. Stepanov
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli

