Mehdiabad Tibb Məntəqəsində “göndəriş bazarı“

6-01-2023, 00:05           
Mehdiabad Tibb Məntəqəsində “göndəriş bazarı“
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki fəaliyyət göstərən daha bir tibb müəssisəsindən şikayət var.

AzFakt.com-un əldə etdiyi məlumata görə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mehdiabad tibb məntəqəsində TƏBİB-in digər tibb müəssisələri üçün nəzərdə tutulan göndərişlər əhaliyə pul ilə verilir.

Qeyd edək ki, bir müddət öncə ambulatoriya barədə sosial şəbəkələrdə daha bir şikayət yayılmışdı. Həmin xəbərdə ambulatoriyada məktəbli uşaqlar üçün sağlamlıq arayışlarının satıldığı, pul vermək istəməyən valideynləri isə sidik-nəcis analizlərinin alınması üçün yaxınlıqda yerləşən "Ülvi" adlı özəl klinikaya ya da Xırdalanda yerləşən poliklinikaya getmək məsləhət görüldüyü deyilirdi.

Onu da qeyd edək ki, Mehdiabad tibb məntəqəsinin baş həkimi Qətibə İsmayılovadır.

Qətibə İsmayılovanın Xırdalan Mərkəzi Xəstəxanasının ötən ay işdən çıxarılan baş həkimi Mehriban Qaralovanın "kadrı" olduğu deyilir.

TƏBİB-dən xəbərə mövqe bildirmədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru