Korpus komandiri ordunun materialları ilə özünə ferma tikib? – BU NƏDİ BELƏ?

13-01-2023, 00:01           
Korpus komandiri ordunun materialları ilə özünə ferma tikib? – BU NƏDİ BELƏ?
3-cü Ordu Korpusunun komandiri polkovnik Oruc Abdullayevin tabeliyindəki hərbi hissələrin materiallarından istifadə etməklə özünə ferma tikdirdiyi iddia olunur.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda danışan şəxs bildirib ki, ərazisində olduğu ferma polkovnik Abdullayevindir və orduya məxsus materiallarla tikilib. O bildirib ki, fermanın tikintisində istifadə olunan bütün taxtalar, metal borular və digər avadanlıqlar hərbi hissələrdən gətirilib.
Fermanı lentə alan şəxs ərazidə Müdafiə Nazirliyinə məxsus qida məhsullarının – yağ, pendir, cem, ət, balıq konservlərinin qutularını da nümayiş etdirib və iddia edib ki, bu qidalardan fermadakı çobanlar istifadə ediblər.
O qeyd edib ki, görüntüləri Müdafiə Nazirliyinə təqdim edəcək:
“Dövlətə məxsus olan nə varsa, Oruc Abdullayev hamısını talayır”.


Qeyd edək ki, videonu “TikTok” sosial şəbəkəsində “rafael151177” adlı istifadəçi paylaşıb.
İddialarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya reaksiya verilmədi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru