"Koroğlu Residence" yaşayış kompleksində işçilərin həyatı ilə belə oynayırlar VİDEO

12-04-2023, 11:07           
"Koroğlu Residence" yaşayış kompleksində işçilərin həyatı ilə belə oynayırlar  VİDEO
Teref.az saytının redaksiyasına təqdim edilmiş videoda aydın görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Vaqif Prospekti və Azadlıq Prospekti 80 kəsişməsində yerləşən "Koroğlu Residence "-də inşa edilən çoxmərtəbəli binada fəhlələrin təhlükəsizliyi haqqında heç kim fikirləşmir və bu işə heç nəzarət edən belə yoxdur.
Bakı şəhərinin güclü küləklər şəhəri olduğunu nəzərə alsaq belə təhlükəsizlik kəməri və saxlancı olmadan işləməyin nə dərəcədə təhlükəli olduğunu tikintidə işləyənlər bilir!
"Koroğlu Residence " ilə əlaqə saxladıq və özünü baş mühasib Elnur kimi təqdim edən şəxs ölçü götürəcəyini və işçilərə tapşıracağını dedi.
Görək Elnur bəyin tapşırığından sonra vəziyyət düzələcək?
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru