Xaçmazda 4 milyona başa gələn yolu görün, NƏ HALA SALIBLAR? - FOTOFAKT

30-08-2024, 10:34           
Xaçmazda 4 milyona başa gələn yolu görün, NƏ HALA SALIBLAR? - FOTOFAKT
"Xaçmazın 7 kəndi birləşdirən Qusarçay - Yeni Həyat yolu bir aydı qazılıb. Bu yolun yenidən bərpa olunması üçün, Prezident İlham Əliyev dövlət büdcəsindən nə az, nə çox 4 milyon manat vəsait ayırmışdı..."

TEREF Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bunu öz etirazında sözügedən bölgədə yaşayan ictimai fəal Vüsal Basaratvi ifadə edib.

İctimai fəal daha sonra dağıdılan yolun fotolarını paylaşaraq bunları qeyd edib:

"Sözümün canı odur ki, 4 milyonluq yolu bu vəziyətə salmısan, heç olmasa dağıtdığın yeri bərpa et də. Mən bu yol üçün qapı-qapı gəzib 7 kənddən imza toplayanda nə məndə, nə atamda , nə də qardaşımda maşın var idi. Taksi tutub, bir-bir kəndləri gəzmişəm".

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinə xitab edən Vüsal Basaratvi əlavə edir: "Sizdən artıq dərəcədə xahiş edirəm, yolu bu vəziyəti salanın kimliyi araşdırılsın və dağıdılmış hissənin bərpa olunması üçün lazimi tədbirlər görülsün..."
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru