Anar Kərimov nazir müavini olarkən İlqar Mehdi ilə necə tenderlərlə razılaşdırıb?

1-12-2025, 00:09           
Anar Kərimov nazir müavini olarkən İlqar Mehdi ilə necə tenderlərlə razılaşdırıb?
“Ekvita Consulting” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb şirkətin 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamasıdır.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınan şirkət Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehdidir. Şirkət hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə konsaltinq sahələrində xidmət göstərir. İlqar Mehdinin maliyyə nazirinin müavini Anar Kərimovun yaxın qohunu olduğu bildirilir.

Şirkət daha öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bir neçə qurumun tenderlərinin qalibi olub. Bu isə Anar Kərimovun ƏƏSMN-də nazir müavini olduğu müddətə təsadüf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]