Məlhəm hospitalında qanunsuzluq: Ginekoloji xidmət göstərmək…..

3-12-2025, 07:04           
Məlhəm hospitalında qanunsuzluq:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.
TEREF xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.
Aparılan yoxlamanın nəticəsinə əsasən, “Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F. Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 800–1 000 manat, hüquqi şəxslər isə 6 000–8 000 manat məbləğində cərimə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]