Nəsimi rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video

29-12-2025, 00:08           
Nəsimi rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video
Nəsimi rayonunda qanunsuz tikinti işləri aparılıb.

XALQ-a daxil olan məlumat görə Nəsimi rayonu H. Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində avtomobil təmir sexləri artırılaraq yeni konstruksiyalara quraşdırılıb.

İddialara görə ərazi yüksək vəzifəli məmurun adı ilə avtomobil təmir sexi və dayancaq kimi fəaliyyət göstərildiyi bildirilir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Nəsimi rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Qeyd edək ki, Elxan İbrahimov ötən ay Nəsimi rayon İcra Hakimiyyəti başçısı təyin olundu, Bu gün isə uzun müddətdir icra hakimiyyətinin başçısının müavini olan və tikintilərə nəzarət edildiyi iddia olunan Ramiz Quliyyev vəzifədən azad olunub.

Lakin göründüyü kimi Nəsimi rayonu ərazisində qanunsuz tikintilər davam etməkdədir.

Məsələ ilə bağlı Nəsimi rayonu icra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırırq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]