Masazırda ağaclar məhv edilərək binanın 1 mərtəbəsində obyekt açılır-Video

30-12-2025, 00:04           
Masazırda ağaclar məhv edilərək binanın 1 mərtəbəsində obyekt açılır-Video
Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində mənzil obyektə çevrilib.

Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində 6 mərtəbəli binanın 1 mərtəbəsi qanunsuz olaraq obyektə çevrilməsi üçün süni şəkildə yaşıla ağaclar betonlanıb, qapı açılıb, pilləkanlar tikilib.. Binanın 1 mərtəbəsinə mənzil əlavə giriş üçün qapı düzəldilərək pilləkənlar tikilərək qeyri-yaşayış obyektinə çevrilir. Bu hal ilk deyil, belə ki, birinci mərtəbələrdə, girişin küçəyə açıldığı mənzillər obyektə çevrilir, çünki bu daha asandır. Bu cür dəyişikliklər binanın ümumi strukturuna zərər verir.

Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, bu tikinti ilə bağlı məlumat Abşeron RİH-inə daxil olan kimi əraziyə baxış keçirilmiş və ətraflı araşdırılmışdır. Məlum olmuşdur ki, vətəndaş tərəfindən qanunvericiliyə uyğun olmayan, hər hansı bir icazəverici səndləri olmadan qeyri-qanuni tikinti aparılıb. Məsələ ilə bağlı RİH tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində rəsmi məlumatlar verilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bu məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Lakin Abşeron rayon İcra Hakimiyyətinin açıqlamasında qeyd etdiyi kimi icazəverici sənədləri olmadan qeyri-qanuni tikinti aparılıb və qarşısı alınmayıb. Bu hal Abşeron rayonu ərazisində ilk deyil.

Araşdırmamzı davam edir.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik
Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]