Məmmədlidə qanunsuz tikilən evlərə hansı şərtlərlə icazə verilib? -Fotofakt

31-12-2025, 08:24           
Məmmədlidə qanunsuz tikilən evlərə hansı şərtlərlə icazə verilib? -Fotofakt
Abşeron rayonu Məmmədli kəndində qanunsuz evlər tikilir kreditlər satılır.

İddia olunur ki, maklerlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintilərini rahat şəkildə həyata keçirirlər.

XALQ xəbər verir ki, Məmmədlidə “Tovuz qəbirstanlığının” yanında olan ərazidə qanunsuz tikinti işləri aparılır.

Məlumata görə Abşeron rayonu Məmmədli kəndində qanunsuz tikilən evlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini məlumat bazasında heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Məlumat üçün bildirir ki,Abşeron rayonunda belə tikintilər ilk deyil.

Qurumların və adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]