“Mərcan Broyler”də zəhərlənmə -Video

31-12-2025, 12:26           
“Mərcan Broyler”də zəhərlənmə -Video
Ucarda kütləvi zəhərlənmə olub. Hadisə rayon ərazisində yerləşən “Mərcan Broyler” MMC-yə məxsus quş əti emalı sexində qeydə alınıb. İlkin məlumata görə, zəhərlənmənin qidadan baş verdiyi ehtimal olunur. Dərhal əraziyə təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub və 14 nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onların hər birinə ilkin tibbi yardım göstərib. Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

İlkin məlumata görə, hadisə Yeni il şənliyi zamanı baş verib. Belə ki, Ucar rayonunda yerləşən “Mercan Broiler” MMC-də təşkil olunan tədbir zamanı 14 nəfər zəhərlənib.

Prokurorluq araşdırmalara başladı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]