Təhsil Nazirliyində şok yeyinti: Eşqi Bağırovun taleyi “iki dodaq arasında”

Bu gün, 00:03           
Təhsil Nazirliyində şok yeyinti:
Elm və Təhsli Nazirliyinin Daxili Nəzarət İdarəsi nazirliyin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) maliyyə yoxlamaları aparıb.

Tribuna.az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Araşdırma zamanı MÜTDA-da külli miqdarda yeyinti aşkarlandığı qeyd edilir. Mənbə bildirir ki, Agentliyin rəhbəri Eşqi Bağırov bundan çıxış yolu axtarır.

Lakin məsələnin ən qəliz tərəfi ETN-in Daxili Nəzarət İdarəsinın nə edəcəyidir. Belə ki, onlar bir tərəfdə Eşqi Bağırovun olmasını, digər tərəfdən də ortada olan yeyinti faktı arasında seçim etmək məcburiyyətində qalıblar. Məlumata görə, nazirlik yeyinti faktlarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərib, göndərməmək məsələsində tərəddüd edir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru