Əbülfəz Elçibəyin məhkəməsində olanlardan...
Bu gün, 17:14

Tələbələr məhkəmə zamanı eşiyə yığılanda görürlər ki, bir maşın gəldi. Maşından düşənlər görkəmlərindən prokurorluq, DTK işçilərinə oxşayırlar. Tələbələrdən soruşurlar ki, bura niyə yığışmısınız? Deyiblər ki, bəs müəllimimizi (Əbülfəz Elçibəyi) mühakimə eləyirlər. Soruşublar ki, müəlliminizi qurtarmaq üçün pulunuz-zadınız varmı ki, ruşvət verəsiniz? Orada bir qız nişan üzüyünü çıxarıb deyib ki, mən təzə nişanlanmışam, nişan üzüyümü verirəm...Bir də məhkəmədə öyrədilmiş tələbələrdən birisi dedi ki, mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır. Bu vaxt bir tələbə qız durdu ki, sən əclafsan, biz sənə nifrət eləyirik. Məhkəmə dedi ki, kimdir onu deyən? Qız durdu, dedi: «mənəm». Hakim dedi ki, çıxın eşiyə. Qız məhkəmənin yanından kecəndə yaylığını çıxarıb uzatdı hakimə ki, ver bunu, kişilər bağlasın başına.
Bu da mənə çox təsir elədi. Bundan sonra fikirləşirdim ki, qadını-qızı belə olan bir millətin kişisinin əfəl və fağır olması çox açınacaqlı görünür... Bax, bu cür gənclərimiz var idi. Yəni mən tək deyildim.
Əbülfəz Elçibəy
Azərbaycan Tarixi

