Türkiyə XİN: Bu hücum dəniz quldurluğu aktıdır

Bu gün, 10:08           
Türkiyə XİN: Bu hücum dəniz quldurluğu aktıdır
Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan “Qlobal Sumud Donanması”na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

“Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan “Qlobal Sumud Donanması”na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır”, bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir:

“Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir”.

Qeyd edək ki, İsrailin Hərbi-Dəniz Qüvvələri Qəzza zolağına istiqamətlənən donanmanın bəzi gəmilərini ələ keçirib. Türkiyə XİN daha əvvəl də bildirib ki, “Qlobal Sumud Donanması”ndakı Türkiyə vətəndaşları ilə bağlı lazımi addımlar atılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru