Vaxtı keçmiş kreditlər 620 milyon manata yaxınlaşdı

Bu gün, 00:06           
Vaxtı keçmiş kreditlər 620 milyon manata yaxınlaşdı
Bu ilin aprelin 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,313 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 619,6 milyon manat təşkil edib.

TEREF trend-ə istinadən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 27,9 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 524,2 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,373 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,4 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin aprelin 1-nə milli valyutada qoyulmuş kreditlər 2,6 milyard manat və ya 10,5% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 19 milyon manat və ya 0,4% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,417 milyard manatını qısamüddətli, 23,323 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,386 milyard manatını qısamüddətli, 2,987 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru