Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR

Bu gün, 11:37           
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Alibek Kurbanovun indi Qubanın Digah kəndində “iş başında” olması və ətrafına topladığı əlaltıları ilə birgə müxtəlif qanunsuz əməllər törətməsi barədə Arazpress.com-un dərc etdiyi silsilə araşdırma yazılarında maraqlı çox faktlar üzə çıxarılır. Hətta yazdıqlarımıza görə bizi qorxutmaq istəyənlər olur. Lakin araşdırmalarımızı davam etdiririk və aldığımız son məlumatlar yazılarda göstərilən faktların həqiqət olmasına şübhə yeri qalmadığını bir daha təsdiq edir. Çünki şəbəkə başçısının cinayət keçmişi təkcə daha çox yaşadığı Rusiya ilə məhdudlaşmır.

Onun cinayət yolunun sovetlər dövründə Qazaxıstan SSR-dən keçdiyi, o zamanlar Quryev deyilən hazırkı Atırau şəhərində nə oyunlardan çıxdığı, mövcud qanunlara meydan oxumağa adət etdiyi və nəhayət, Manqışlaq vilayətindəki ağır şəraitli həbsxanada ağır maddə ilə yatdığı məlum olur. O da məlum olur ki, zorlama ittihamı ilə məhkum olunan bu şəxsi türmə həyatı belə qorxutmayıb. Əlinə düşən hər kəsin “başına torba keçirib”.

Bir insanın illərlə fərqli ölkələrdə — Qazaxıstan, Rusiya və Azərbaycanda eyni cinayət və fırıldaq ssenarilərini tətbiq etməsi onun islaholunmaz bir retsidivist olduğunun sübutudur. Və özünün dediklərindən məlum olur ki, onun himayəçiləri var və arxasında duran ən böyük fiqur yüksək vəzifəli nüfuz sahibi azərbaycanlı bir generaldır. Onun bu qədər rahatlıqla çoxşaxəli cinayətlər törətməsinin əsas səbəbi bəlkə də onun tapdığı bu himayəçisidir. Artıq həmin generalın adı bizə məlumdur və etibarlı mənbə məlumatına görə, Alibekin adını tez-tez hallandırdığı bu nüfuz sahibi guya onun təzə qohumudur. Etibarını qazanıb deyə toxunulmazdır.

Bir tərəfdə zorlama və saysız-hesabsız fırıldaqlar törədən residivist, digər tərəfdə hərbçi general. Belə birisinin bu cür xoşagəlməz işlərdə nə marağı ola bilər? Bu “qaranlıq ittifaq” bir daha sübut edir ki, Alibek hər yerdə dürüst insanların yox, məhz qanunsuzluq edənlərin əhatəsində özünü rahat hiss edir. Lakin onun bu fırıldaqlarına gec-tez son qoyulacağına əminik və buna şübhə etmirik. Necə ki, artıq onun cinayətkar şəbəkəsinin ən fəal üzvlərindən birinin — qızı Sevdanın cinayət əməllərinə son qoyulmaq üzrədir. Son günlər ölkənin media vasitələrində dərc olunan rəsmi bir məlumat da bunun təsdiqidir və olduğu kimi dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

“Leyla Medical”da koordinator həkim kimi fəaliyyət göstərib — Klinika cərimələndi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də yoxlama aparılıb.

Yoxlama zamanı klinikada ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Alibekovna Kurbanova (Ağazadə), əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub.

Buna görə də, rəsmi adı “Dünya Estetik Azərbaycan” olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İXM-nin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.

Qeyd edək ki, “Dünya Estetik Azərbaycan”ın, yəni kosmetik adı “Leyla Medical” olan şirkətin direktoru Elnur Vahabovdur”.

Hələ bunlar nədir ki!.. Ümumən desək, Alibek Kurbanovun fırıldaq məktəbinin “ən uğurlu” yetirməsi Sevda Alibekovna təkcə tibbi saxtakarlıqla məşğul deyil. Əldə etdiyimiz real faktlar da, qorxulu və islaholunmaz təsiri bağışlayan cinayətkar bir şəbəkədə formalaşan belə bir manipulyatorun gizli siması arxasında sırf cinayətə bağlı xoşagəlməz çox həqiqətlərin yatdığını deyir. Silsilə araşdırma yazılarımızın sonuncusunda (Bu yazını bir daha diqqətinizə çatdırmağı vacib bilir və linkini təqdim edirik: https://arazpress.com/?p=15932) xüsusi olaraq vurğuladığımız kimi, ən dəhşətlisi odur ki, hətta ailə dağıtmaqla rahatlıq tapan bu saxta əməl sahibinin qanun çərçivəsinə sığmayan bir çox əməlindən artıq xəbərimiz var. Hətta bu yazılarımızla klinika rəhbərliyinin diqqətinə çatdırmışıq ki, bunun sonu yaxşı olmayacaq. Və dediyimiz kimi yaxşı olmadı da.

İndi adı çəkilən “Pediatriya – 2” klinikası pis durumdadır. Sevda Alibekovna isə cinayətkar şəbəkə xətti ilə öz bildiyini edəcək. Hər şeyi bacarandır. Üstəlik, yığdıqları dadına çatacaq. Tutduğu yoldan geri dönən də deyil. Bu xarakterdə olduğunu Bakıya gəldikdən az sonra təsdiq edib — özünə yeni “qurban” tapmaqla…

…Sevda paytaxt Bakıya gəldikdən sonra, Cəbrayıl Süleymanov ad-soyadlı birisini “toruna salır”, onunla oturub-durur, nikahdan kənar yaşayır və hamilə qalır.

Hamilə qalan Sevda, atası Alibekin təkidli tələbləri ilə, Cəbrayılı onunla evlənməyə məcbur edir. 2018-ci ilin may ayının 8-də övlad sahibi olur. Onda, Sevdanın bütün təhsil xərclərini və dolanışığını Cəbrayıl ödəyir. Məqsədinə çatdıqdan sonra onu tərk edir. Lakin ondan soruşan olmur ki, hanı onun üşağı?! Bir ananın uşağının yanında olmamasına nə ad vermək olar?! Çünki artıq o «ana» ova çıxmış olub — “podoloq maskası” altında imkanlı və ailəli kişiləri manipulyasiya edərək, başqalarının ocağını söndürür.

Maraqlıdır ki, 1-ci qrupda imtahan verən Sevdanın sonradan tibb məktəbinin 4-cü qrupuna “keçidi” mümkün olur. Belə də olmalıydı. Çünki Cəbrayılın pulu ilə orta tibb təhsili və diplom alır. Bu diplom çox yerdə onun karına gəlir. Özü də işini yeni ailəli kişiləri tora salmağın, ailələrini dağıtmağın hesabına. Öz ərinin hesabına oxuyan, sonra ona arxa çevirən, indi isə “podoloq” maskası altında başqalarının ocağını söndürən bir qadının xoşagəlməz hərəkətləri onun böyüdüyü bir ailənin xislətini göstərir.

Ümumiyyətlə, övlad sahibi olan bir qadının peşəkar psixoloji manipulyasiya üsulları ilə ailəli kişiləri tora salması sadəcə hiss məsələsi deyil, qarşı tərəfin şüurunu idarə edərək, ailəsini dağıtmaq və onu maddi-mənəvi cəhətdən istismar etmək deməkdir. Bu, həm də, istismar, xəyanət, rəzalət deməkdir. Axı, öz ocağına xəyanət edən bir qadının başqasına xoşbəxtlik gətirməsi mümkün olan bir iş də deyil! Bütün bunlar onu deyir ki, Sevda Alibekovnanın keçmişi fırıldaqlarla doludur. İndiki kimi. Tibbi fəaliyyətinin tam bir saxtakarlıq kimi artıq rəsmi qiymətini alması da bunun inkarolunmaz bir sübutudur. “Pediatriya — 2” klinikasında qeydiyyatçı kimi rəsmiləşdirilən bu şəxsin özünü “podoloq” — ayaq mütəxəssisi kimi pasiyentlərə sırıması,
qanunsuz fəaliyyəti müqabilində burada saxta “Bi-balzam” ticarəti ilə məşğul olması birbaşa törədilən cinayət, sanitar-epidemioloji terrordur. Bir də ki, stomatologiya və göbələk infeksiyası eyni mərtəbədə yerləşə bilməz. Ən dəhşətli fakt budur ki, Sevda Alibekovna stomatologiya kabinetləri ilə eyni mərtəbədə xəstə qəbul edir. Tibbi normalara görə, irinli yara və göbələk infeksiyaları ilə məşğul olan “podoloq”un cərrahi steril zona tələb edən stomatologiya ilə qonşuluğu yolverilməzdir. Bu, pasiyentlərin, xüsusən də uşaqların sağlamlığını riskə atan sanitar terrordur.

Doğrudan da, farmakologiyadan tam bixəbər olan Sevdanın internet üzərindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməyən və laborator sınaqlardan çıxmayan “Bi-balzam” adlı mayeləri “Leyla Medical Center”də 2000 manata (?!) kirayəyə götürdüyü obyektdə yaratdığı gizli laboratoriyada qanunsuz istehsal edərək satması, yəni, “dərman” alverinə girişməsi həm vergi cinayəti, həm də insanların zəhərlənməsinə yol aça biləcək təhlükədir. “Məzlum qız” obrazı arxasında gizlənən bu şəxs, əslində, atasının cinayət yolunu “layiqincə” davam etdirən bir təhlükədir.

Axı, Sevda Alibekovnanın atası Alibek Kurbanov da kütləvi informasiya vasitələrində, Rusiyanın və Azərbaycanın televiziya proqramlarında qızı kimi özünü məzlum görkəmdə apara bilib. Lakin adı şübhəli ailə və maliyyə sxemlərində iştirakçı, həmçinin nikah dələduzu kimi dəfələrlə qeyd olunub. Bu məlumatlar açıq mənbələrdə də mövcuddur. Misal üçün, 2013-cü ilin payızında Rusiyanın Birinci Kanal televiziyasının “Pust govoryat” verilişində “İki arvad arasında” öncə yazıq görkəmdə duran bu şəxs, sonra iki ailə həyatını aparan, qadınlarla manipulyasiya edən və məsuliyyətdən yayınan şəxs kimi təqdim olunub. Bundan başqa, Azərbaycan televiziyasının verilişində, o, dələduz, nigah fırıldaqçısı və şantajçı kimi təqdim olunub. Televiziyada yayımlanan “Səni Axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayətqızı birbaşa olaraq qeyd edib ki, Alibek Kurbanov Rusiya Federasiyasının Saransk şəhərində bir çox insanı aldadaraq, onlardan maddi vəsait alıb və daha sonra Moskvaya qaçıb. Bu fakt, televiziya efirində ictimai şəkildə səsləndirilib və geniş tamaşaçı auditoriyası tərəfindən eşidilib.

Bu da onun qızından istifadə etməklə, əmlak sxemlərinə cəlb olunma meylinin güclü olduğunu təsdiqləyir. Bu səbəbdən, onun davranışı dəfələrlə media tərəfindən sosial baxımdan təhlükəli və mənəvi cəhətdən korrupsiyalaşmış birisi kimi işıqlandırılıb. Sonda psixoloji təzyiq, böhtan, şikayət və əmlak iddiaları vasitəsi ilə onun ailələri dağıtmaqla mövcud konfliktlərdə iştirakı bu səbəbdən təsadüfi deyil.

Belə olmasaydı, qızı Sevda adi qeydiyyatçı-resepşn maaşı ilə özünə istədiklərini ala bilməzdi. Anasının adına Masazırda özünə bahalı ev, Sarı Qaya adlanan yerdə möhtəşəm bağ evi, müxtəlif yerlərdə torpaq sahələri, görkəmi gözqamaşdırıcı maşın… onun istədiklərinin siyahısını tamamlayır. Bu siyahıda onun “tora saldığı” imkanlı kişilərin hesabına əldə etdikləri də yer alır. Məsələn, bacısı uşaqları ilə birgə yaşadığı evdə nələr yoxdur. Həmin mənzil Sevdanın və ya onun valideynlərinin adına rəsmiləşdirilsə də, real şəkildə Sevdanın vasitəsilə Alibekin toruna düşən növbəti qurbanın iştirakı və dəstəyi ilə əldə edilib. Bununla bağlı aylıq ödənişlərə dair sənədlər, pul köçürmələri və digər maddi sübutlar da əlimizdədir.

Masazırdakı bahalı mənzil isə 2021-ci ilin əvvəllərində, yəni, Sevda hələ Cəbrayılla evli olduğu dövrdə alınıb. Bu münasibətdən istifadə etməklə, Sevdanın əldə etdiyi əmlak və maddi sərvətlər barədə də əlimizdə faktlar var. Məsələn, 2022-ci ilin oktyabr ayının 18-də Cəbrayıl Süleymanov Sevdaya bahalı avtomobil – “Çangan markalı 77AC465 nömrəli maşın da hədiyyə edib. Sonradan, o, maşınını və nömrəsini də dəyişib. Bu, Sevdanın rəsmi olaraq başqa bir şəxslə nikahda olduğu dövrdə maddi faydalar əldə etdiyini və ailə dəyərlərini pozduğunu göstərən əlavə sübutdur.

Bir daha diqqətinizə çatdırırıq ki, bu göstərilən hallar son deyil. Çünki doğma-yaxınlarını çoxdan qurduğu cinayətkar şəbəkəyə cəlb edən Alibek Kurbanovun təkcə özü saxta yollarla fırıldaqçılıq etmir, o, bütün ailəsini də bu işlərə cəlb edib. Əməkdaşımızın baş çəkdiyi Qubada və Digah kəndində sakinlər hamının Adil kimi tanıdığı bu şəxsdən artıq ehtiyatlı olduqlarını, Azərbaycanın fırıldaqçılar üçün sığınacaq yeri olmadığını deyirlər. Onu da deyirlər ki, ağır maddələrlə başqa ölkələrdə məhkum olunan bu şəxsin qaranlıq keçmişini, Saranskdan və digər yerlərdən qaçışını öz yazılarımızla ifşa etməyimiz yaxşı olub (https://arazpress.com/?p=15178). Çünki Alibek tək deyil və o, burada bütöv bir fırıldaqçı dinastiyası qurmağa nail olub. Saranskda etdiyi cinayət ssenarisini indi də Qubanın Digah kəndində təkrarlayır. O, kənd sakinlərindən külli miqdarda borc alaraq, mənimsəyib. Ən dəhşətlisi odur ki, hətta Azərbaycan məhkəmələri onun əleyhinə qərar çıxarsa da, bu şəxs qanunlara meydan oxuyur və pulları geri qaytarmır. “Səxavətli qonşu maskası” geyinən bu yalançı yeni qurbanlar tapmaq üçün kənd sakinləri arasında “tor qurub”, onların “ovuna çıxıb”.

Alibek Kurbanov Azərbaycan vətəndaşlığından imtina etmiş bir Rusiya vətəndaşıdır. Onun oğlu Rzabek də Rusiya vətəndaşıdır. Qanunsuz mühacir Rusiya ordusunda xidmətdən yayınaraq, Azərbaycana qaçıb və burada gizlənir. Heç bir rəsmi sənədi və iş icazəsi olmadan qanunsuz taksi fəaliyyəti ilə məşğul olur. Vergi ödəmədən, lisenziyasız sərnişin daşıyan bir fərarinin Azərbaycan yollarında sərbəst gəzməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də dövlət iqtisadiyyatı üçün zərbədir. Bu yerdə ən vacib olan bir məqamı qeyd etmək istəyirik ki, Rzabek də, bahalı taksi xidməti göstərdiyi hər bir sərnişini görkəmindən tanıyır və belələrini atasının “kruçokuna” salmaq üçün əldən-ayaqdan gedir.

Etibarımızı qazanan mənbədən redaksiyamıza daxil olan məlumata görə, onun əməlləri ilə bağlı yazıların dərcindən sonra, o, Rusiyaya getməkdə israrlıdır. Guya, səfəri bizneslə bağlıdır və bu istiqamətli işləri də təzəlikcə qohum olduğu generalla əlaqəlidir. Atdığı pulları da, Rusiyadan geri döndükdən sonra pul sahiblərinə tam ödəyəcək.

O, bu nüfuz sahibinin adından istifadə etməklə yerli sakinləri qorxudur, bu və bu kimi qaranlıq qüvvələrin kölgəsində toxunulmazlıq illüziyası yaradır. Lakin o unutmasın ki, Azərbaycanın milli təhlükəsizlik orqanları və dövlət qanunları belə qanunsuz mühacir həyatı yaşayanlara qarşı barışmazdır. Əminik ki, Dövlət Miqrasiya Xidməti və hüquq-mühafizə orqanları da keçmiş qanunsuz mühacir Alibek Kurbanovun və fərari oğlu Rzabekin oyunlarına dərhal diqqət ayıracaqlar. Çünki köhnə qüvvələrin kölgəsində gizlənən, bir vaxtlar Rusiya mediasında xalqımızı rəzil edən, indi isə ölkə daxilində dövlətə qarşı olan qüvvələrin xidmətində duran belə bir residivistin Azərbaycan torpağında sərbəst gəzməsi qəbulolunmazdır. Həm də, çoxlu nikahlar, manipulyasiyalar, mənfəət əldə etmək məqsədilə münaqişələrdə iştirak, qadınları aldatmaqla bağlı ictimai etiraflar xarakter cizgiləri üst-üstə düşən atanın və qızının davranışlarında eyni manipulyasiya üsulları, eyni ittiham formaları və ailədaxili qarşıdurmanı qızışdırmağa yönəlmiş planlı yanaşmadır.

Bu, illərlə davam edən, ailələri öz təsirlərinə salmaq və valideyn nəzarətini zəiflətmək məqsədilə istifadə edilən manipulyativ modeldir. Yuxarıda göstərilənlərə əsasən bir daha deyə bilərik ki, bu hallar sadəcə ailədaxili münaqişə deyil, əvvəlcədən düşünülmüş, mənəvi zərər yetirən və sosial bağları dağıdan sxem kimi qiymətləndirilməli, hüquqi və mənəvi kontekstdə ayrıca nəzərdən keçirilməklə öz qiymətini almalıdır. Alibek Kurbanovun fəaliyyətinin həm Azərbaycanda, həm də Rusiyada hüquqi müstəvidə yoxlanılması üçün müvafiq orqanlara müraciət olunması zəruridir.

Arazpress.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru