Qənirə Ataş: İllərlə onlara “ziyalı”, “hörmətli”, “elmli” insanlar demişəm.

11-06-2026, 07:08           
Qənirə Ataş: İllərlə onlara “ziyalı”, “hörmətli”, “elmli” insanlar demişəm.
"Heç vaxt atmaca ilə danışan insan olmamışam. Sözümü özünüzə də dedim. Amma bunu da burda yazım ki, bəlkə bir daha oxuyub özünüzü görərsiz əziz yaşı 60-a yaxınlaşan kişi cinsindən olan həkim “dostlarım”. Əslində ANS bağlananda və üzərimə böhtan atılanda sizin kim olduğunuzu görüb dayanmışdım. Sonra düşündüm ki, insan yaş artdıqca dostluq mövzusunda daha kamil davranmalıdır. Kinsiz qəlbimə yenidən hörmət və məhəbbət salmağa çalışdım."
TEREF yazır ki, bunu Amerikaya köçmüş ünlü jurnalist Ganira Atash yazır. Qənirə xanımdaha sonra yazır:
"Özümü danladım da. Amma bu dəfə Bakıda açıq şəkildə gördüm ki, bəzi insanlar insani keyfiyyətlərini itirib. Ən ağrılı tərəfi isə budur: mən o insanları otuz ilə yaxındır tanıyırdım. İllərlə onlara “ziyalı”, “hörmətli”, “elmli” insanlar demişəm. Hətta cəmiyyətimizdə həkimlə xəstə arasındakı rüşvət mövzusunda onları haqlı çıxarmağa çalışmışam. “Elmin, əməyin haqqı ödənməlidir” demişəm. İndi isə anlayıram ki, onları dəyişdirən elm olmayıb. Əksinə, elmin kölgəsində aldıqları rüşvət ürəklərini kiçildib. Rüşvət insanın cibini doldura bilər, amma mənəviyyatını səssizcə öldürür. İnsan bir müddət sonra vicdanını yox, yalnız marağını qorumağa başlayır. Ən dəhşətlisi də budur ki, çoxu artıq bunu hiss etmir. Bəlkə də buna görə Dostoyevski “Cinayət və cəza” ilə bizə insanın öz vicdanından qaça bilməyəcəyini anlatmağa çalışırdı. “Alçaldılmışlar və təhqir olunmuşlar” isə başqa bir həqiqəti deyir. İnsan ən böyük xəyal qırıqlığını yadlardan yox, tanıdığı insanlardan yaşayır. Qoca dostlarım, mən gedirəm, vicdanınızla baş başa qalın. İnanın mən amerikadakı iş yoldaşlarım Fredin, Matt və Cooperin səmimiyyəti üçün çox darıxmışam….."
Ganira Atash
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru