Mikayıl Cabbarovun islahat blefi: rəisə görə nazirlikdə qan töküldü - Şok təfsilat
2-05-2018, 00:40

Mayın 1-i Mikayıl Cabbarov üçün heç də yaxşı açılmadı. Ayın ilk günü nazirlikdə qan töküldü
Günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.
Departamentin İstehsal İdarəsinin əməkdaşları - Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək, bir-birini ağır söyüşlərlə təhqir ediblər.
Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, mühafizəçilər tərəfindən içəri buraxılmayıb.
Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək, intihara cəhd edib. O, dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar.
Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.
Vergi işçisinin rəhbərliyin qəbuluna buraxılmamasının səbəbi bilinmir. Hər halda qəbula normal işçi kimi buraxılsaydı, bu hadisə baş verməzdi.
Digər tərəfdən, Fazil Məmmədovun nazir olduğu dövrdə heç vaxt belə insident yaşanmayıb.
Ancaq Mikayıl Cabbarov siftə elədi. Nazirlikdə necə bir intizam qurulubsa, vergi əməkdaşı özünü bıçaqlayaraq intihar edir.
FİA.Az xəbər verir ki, bu sistemdə korrupsiya olub, bir neçə işçini də ona görə işdən çıxarıblar.
Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməyəcəksə, belə çıxır ki, korrupsiya ilə məşğul olub, sadəcə dövlət işindən qovulmaqla kimsə canını qurtara bilər.
Bu isə nəinki vergidə, digər dövlət orqanlarında işləyənlərində belə hallardan qorxmamasına gətirib çıxaracaq. Düşünəcəklər ki, ən pis halda onları işdən çıxara bilərlər.
Vergilər Nazirliyi strateji əhəmiyyətli dövlət qurumu olduğu üçün hətta vergilər nazirinin müavinləri, müşavirləri arasında xeyli şəxs var ki, onlar heç keçmiş vergilər naziri Fazil Məmmədovun adamları deyildilər.
Azərbaycanda idarəetmədə ciddi təsiri olan müxtəlif adamlara yaxın idilər. Buna görə də, hazırda onlar müxtəlif vasitələrlə yeni nazirin aparacağı siyasətə mane olmağa çalışacaqlar.
Bu ancaq Vergilər Nazirliyinin içindən yox, kənardan da baş verəcək. Ona görə də, islahatları həyata keçirmək o qədər də asan olmayacaq.
Ancaq VN-nə gəldiyi gündən islahat şousu yaradan, F.Məmmədovun kadrlarını çıxarmaqla öz komandasını formalaşdıran M.Cabbarovun reformaları blef çıxdı.
Nazirlikdə tökülən qan vəziyyətin gərginliyi, idarəçilikdəki problemlərin mövcudluğu, rəisin otağına işçisinin qəbul edilməməsi sistemdəki özbaşınalığa ehtiva edir.
Qeyd edək ki, aprelin ortalarında nazir Mikayıl Cabbarov növbəti dəfə kütləvi işdənçıxarma ilə bağlı əmr imzalayıb.
Belə ki, bu dəfə də ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər oldu.
Məlumat üçün bildirək ki, bir müddət öncə də 20-yə yaxın vergi müfəttişinin işdən kənarlaşdırılması ilə bağlı məlumat vermişdik. Bu işdən çıxarmaların seçkidən sonra da davam edəcəyini nəzərər çatdırmışdıq.
M.Cabbarov seçkidən sonra analoji əmr verərək hər idarədə 5-6 nəfər olmaqla, ümumilikdə 20-dən çox büdcədənkənar fond hesablı müfəttişləri işdən çıxarıb.
O da bildirilir ki, Mikayıl Cabbarov büdcədənkənar fond hesablı müfəttişləri nazirlik sistemindən tamamilə uzaqlaşdırmaq istəyir.
Yəqin ki, böyük səs-küy olmaması üçün bu sistemi birfələlik deyil, mərhələli şəkildə ləğv edəcək.
Bir daha xatırladaq ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi.
Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı.

