KOMANDAMIZ UDUZUR?!
14-06-2026, 12:18

Uğurlu sabahlar, dostlar!
Səhər tezdən oyanmışam, Türkiyə - Avstraliya oyununa baxıram. Təəssüf və heyrət içindəyəm. Komandamız hələlik çox səliqəsiz, üzürlü qəbul edin, hətta qeyqi-peşəkar bir oyun nümayiş etdirir. Bir-iki epizodu çıxsaq, bir komanda oyunu görünmür, hücumda qeyri-müəyyənlik, müdafiədə çaşqınlıq baş alıb gedir.
Sol cinahda hücumda Barış, demək olar ki, bütün topları batırır, Arda Gülər özünü öldürür, amma təkbaşına bir şey edə bilmir, FUTBOL KOMANDA OYUNUDUR. Rəqiblərimiz bunu bilir və nümayiş etdirir, hücumda hətta minimum şanslardan istifadə edir, müdafiədə divar kimidir, komandamıza şans vermir...
Fasiləyə məğlub gedirik... İkinci hissədə sevinmək ümidi ilə... Türiyə komandası həmişə mübarizliyi və yenilməzliyi ilə seçilib. Həmişə qalib olmasa da, heç zaman ruhən məğlub olmayıb...
Qalib Arif

