Deputat Rüfət Quliyevdən acı gülüş doğuran addım FOTOFAKT

4-05-2018, 22:12           
Deputat Rüfət Quliyevdən acı gülüş doğuran addım FOTOFAKT
Milli Məclisin deputatı ilə bağlı gülüş doğuran foto yayılıb. Minval.info xəbər verir ki, Lənkəran şəhərinin deputatı Rüfət Quliyev özünəməxsus addımı ilə diqqət mərkəzinə düşüb. O, öz fəaliyyəti barədə seçicilərinə məlumat vermək üçün xüsusi “məlumat guşəsi” yaradıb. Lakin guşənin içərisi tamamilə boş vəziyyətdədi. Qutuda heç bir məlumatın olmaması isə deputatın fəaliyyəti ilə əlaqələndirilir.

Rüfət Quliyevin bu addımı sosial şəbəkələrdə yayılıb və insanlar tərəfindən gülüş obyektinə çevrilib. “Məlumat guşəsi”nin dirəyinin ətrafını ot basması isə qutunun buraya çoxdan yerləşdirildiyindən xəbər verir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru