"Akkord" batır: öhdəliklər 675 milyon manata, borc 345 min manata çatıb

19-07-2018, 17:13           
"Akkord" batır: öhdəliklər 675 milyon manata, borc 345 min manata çatıb
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856,937 mln. manat təşkil edib.

Qaynarinfo şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.

2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675,676 mln. manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181,262 mln. manata düşüb.

Ötən il şirətin satışdan gəlirləri 12,788 mln. manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8,44 mln. manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1,529 mln. manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ildə 6,317 mln. manat mənfəətlə çıxmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru