Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir VİDEO

12-10-2018, 20:44           
Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir VİDEO
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsini tələb ediblər.
Bizimyol.info xəbər verir ki, şəhid ailələrinin sözlərinə görə, birdəfəlik ödəməni Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verməlidir. Bu qurumdan şəhid ailələrinə birdəfəlik ödəmənin verildiyi bildirilir. Şikayətçilər isə ödənişin olmadığını və bunu təsdiq edən sənədin onlara təqdim olunmadığını bildiriblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizimyol.info-ya bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ailəsinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısı nazirliyə təqdim olunub: “İnformasiya sistemindəki məlumatlar o siyahı əsasında formalaşıb. Bu məsələni adını çəkdiyim qurumla araşdıra bilərlər. Həmçinin nazirliyə rəsmi şəkildə müraciət olunarsa biz də araşdıra bilərik”.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimovun məsələ ilə bağlı hazırladığı reportajı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru