Danimarka konsulunun H.Z.Tağıyevin oğlunun ölməsi və Ə.B.Hüseynzadənin çəkdiyi rəsmlərin H.Z.Tağıyev tərəfindən alınması haqqında

18-06-2026, 17:18           
Danimarka konsulunun  H.Z.Tağıyevin oğlunun ölməsi və  Ə.B.Hüseynzadənin çəkdiyi rəsmlərin H.Z.Tağıyev tərəfindən alınması haqqında
Danimarka konsulunun H.Z.Tağıyevin oğlunun ölməsi və Ə.B.Hüseynzadənin çəkdiyi rəsmlərin H.Z.Tağıyev tərəfindən alınması haqqında
1. Bildiyiniz kimi, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyev vəfat etmişdi. Əslidə isə hadisə belə olmuşdu.
Lənkəranda yerləşən hərbi qərargahda (bəzi qaynaqlara görə kazarmada) növbəti xidmət günlərinin birində gənc zabitlər arasında "bəxt sınağı" (tarixdə rus ruleti kimi tanınan təhlükəli oyun) baş tutur. Tapançanın barabanında cəmi bir güllə saxlanılır. Növbə Hacı Zeynalabdinin 18 yaşlı oğlu Məmmədtağıya çatdıqda, silah açılır və o, aldığı yaradan yerindəcə həlak olur
Hətda bu zaman onun cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə salmışdı.
H.Z. Tağıyevin evində isə matəm idi. Bakıda olan Danimarka konsulu Erik Bierinq Hacı Zeynalabdin Tağıyevin oğlunun ölümü haqqında yazırdı.
Tağıyevlə sonuncu görüşüm inqilabdan sonra, 1918-ci ilin yazında, Bakıda siyasi vəziyyətin son dərəcə gərgin olduğu bir vaxtda oldu.
Üç əsas əhali qrupu - bolşeviklər, tatarlar və ermənilər hər vasitə ilə silahlanmağa çalışırdılar və toqquşmaların qaçılmaz olduğu aydın idi.
Tatarlar toplanış məntəqəsi və təlim düşərgəsi kimi Bakının cənubundakı Lənkəran şəhərini seçmişdilər, Tağıyevin böyük oğlu isə zabit kimi orada idi. Sonra bir gün Bakıya xəbər gəldi ki, gənc Tağıyev öldürülüb. Dəqiq şəraiti öyrənə bilmədik, lakin bir neçə gün sonra onun cəsədi dəfn olunmaq üçün Bakıya gətirildi.
Müsəlman əhalisi bu münasibətlə çox həyəcanlı idi və qoca ataya göstərilən rəğbət hədsiz dərəcədə böyük idi. Mən də şəxsən başsağlığı vermək üçün onun sarayına getdim. Hər şey mükəmməl qaydasında idi. İmzalanmaq üçün bir xatirə dəftəri və çoxlu xidmətçi var idi.
Şəxsən başsağlığı vermək xahişim yerinə yetirildi və mən böyük zala aparan pilləkənlərlə yuxarı qalxdım, orada məni bir mənzərə və asanlıqla unudulmayan bir atmosfer qarşıladı.
Zalın dörd divarı boyunca, yerdəki yastıqların üstündə səf-səf düzülmüş, davamlı olaraq yarı mürgülü-yarı ayıq dua və mərsiyə oxuyan görkəmli müsəlman din xadimləri oturmuşdular. Bu qulaqlar üçün musiqi olmasa da, geniş otağı bürüyən təntənə danılmaz idi. Ortada kiçik bir dəyirmi masa qoyulmuşdu və orada iki köhnə dost Tağıyev və Musa Nağıyev oturmuşdular. Onların üzündən aydın göründüyü kimi, çox kədərlənirdilər. Zalda başqa heç kim yox idi.
Mən Tağıyevin əlini hərarətlə sıxdım və başsağlığı verdim. O, bircə kəlmə ilə cavab verdi: “Qismət” və oturduq. Mənə bir fincan türk qəhvəsi verildi və mən iki qoca ilə beş dəqiqəyə yaxın orada bir söz demədən oturdum.
Mollalar öz itaətkar "nəğmələrini" davam etdirdilər. Təxminən beş dəqiqədən sonra ayağa qalxdım və sakit və hərarətlə yas tutanların yanından ayrıldım. Üçümüzün də gözündən yaş gəldi
C.Ağanın yazısından.
2. Orucov qardaşları Nikolayevski, indiki "Kommunist" küçəsində yerləşən mağazanın vitrinində Əli bəy Hüseynzadənin çəkdiyi iki şəkli satdığa qoyurlar. "Bibiheybət" məscidi və "Çeşmə başında"adlı rəsmlərini Azərbaycan maarifçisi Həbib bəy Mahmudbəyov deyir ki, "Əli bəyin əli aşağıdır. Gəlin, 10 manatdan atışaq, qoca kişinin meşənin içində namaz qılan qoca kişi təsvir olunan "Çeşmə Başında "rəsmini alaq ". "Bibiheybət "məscidi rəsm əsərini isə Bakıdakı ingilis konsulu Mak Donel alıb Londona göndərmək istəyir. Bu xəbər Hacı Zeynaləbdin Tağıyevə çatanda Hacı Orucovlar qardaşlarından birinə 500 manat verib əsərin Londona aparılmasına etiraz edərək öz evinə çatdırılmasıa göstəriş verir. Lakin bundan Əli bəy Hüseynzadənin xəbərinin olmasını istəmir. Belə ki, Əli bəy "Həyat "qəzetinin və "Fuyuzat "jurnalının redaktoru olduğuna görə Hacıdan maaş alırmış. Buna görə də Hacı, Əli bəyin pulu almayacağını bilir. "Bibiheybət" məscidinin şəkli qoy Bakıda qalsın, Londona getməsin" deyir.
M.Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabından
https://www.instagram.com/p/DOyrVYQjZuK/
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru