Ukrayna yenə Moskvanı alova qərq etdi...- Qod Nisanovun bazarı da vuruldu...-FOTO

Bu gün, 11:06           
Ukrayna yenə Moskvanı alova qərq etdi...- Qod Nisanovun bazarı da vuruldu...-FOTO
Moskva meri Sergey Sobyanin bildirib ki, Ukrayna dronları Moskva və Moskva bölgəsinə hücum edərək Kapotnyadakı neft emalı zavoduna zərbə endirib.

Moderator.az-ın yerli "Meduza" nəşrinə istinadla verdiyi xəbərə görə, dronların qalıqları həmçinin "Sadovod" ticarət mərkəzinin ərazisinə düşüb, bir binaya ziyan dəyib, lakin heç kim xəsarət almayıb.

Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşarkən 137 dronu ələ keçirib.

Qubernator Andrey Vorobyov bildirib ki, Moskva vilayətinin Jukovski şəhərində dron Qaqarin küçəsindəki mənzil binasına zərbə endirib. O bildirib ki, 23-cü və 24-cü mərtəbələr arasındakı yanğın çıxışı və iki balkon plitəsinə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Bundan əlavə, dronların qalıqları Elektrostal şəhərinə də düşüb, fərdi evin damına ziyan vurub və bir qadın yaralanıb. Lyubertsidı qalıqlar bir neçə yerə düşüb, fitnes mərkəzinə və sənaye zonasındakı bir obyektə ziyan vurub. Qalıqların düşməsi Moskva vilayətinin Kotelniki şəhərindəki "Belaya Daça" ticarət mərkəzinin damının da yanmasına səbəb olub.

Hücum həmçinin Çexov, Kryukovo kəndi və Pavlovski Posadda da öz izini qoyub. Vorobyovun sözlərinə görə, orada heç bir itki olmayıb.

Yerli telegram-kanalların yazdıqlarından bəlli olur ki, Moskva sakinləri əməlli-başlı panikaya düşüblər. Onların səs yazılarında Moskvadan, Rusiyadan baş götürüb getmək istəkləri də ifadə olunur...

Qeyd edək ki, Moskvanın mərkəzindəki məşhur "Sadovod" zavodu Azərbaycan əsilli, yəhidi mənşəli milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsusdur.

S.Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru