Ata yurdları Azərbaycandan köçən Qamər (Kimmer)-Saqa (Sak və ya Saq, Skif ,İskit) boylarının qayıtdıqdan sonra qurduqları Qamər (QamƏr) Bəyliyi və Saq (ƏsAğ) dövləti 2700 il öncə.
Bu gün, 15:14

Bu paylaşımı Sizinlə bölüşəndə yadıma bir kitab düşdü Kantratovun "Sirdən biliyə doğru", mən də "Müammadan Həqiqətə" adlandırıram!
Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. E.ə. VII əsrdə kimmerlərin (kəmərlər) ardınca saklar (antik müəlliflərin əsərlərində skiflər) Güney Qafqaza gəlmiş, buradan da Ön Asiyaya – Manna və Midiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə bu hadisə e.ə. 680-ci ildə baş vermişdir.[9] Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köçmüşdülər.
Herodot Midiya hökmdarı Kiaksarın hakimiyyəti illərində (e.ə. 625-584) Şimaldan skiflərin Midiyaya gəldiyini yazmışdır.
E.ə. VII əsrin əvvəllərində bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-lskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında məskunlaşmış, burada yaranmış Manna dövləti ilə ittifaq yaratmışdılar. Onların gəlişi Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Aşşur ilə ittifaqı pozdu.
Manna dövləti kimi, onun qonşuluğunda olan midiyalılar da kimmer, iskit və sak tayfalarına arxalandılar və Aşşura qarşı çıxdılar.
Lakin sonralar iskitlər midiyalılara yox, Aşşur dövlətinə yardım etdilər. Nəticədə Midiya iskitlərin hakimiyyəti altına düşdü. İskit tayfaları Midiyada bir müddət ağalıq etdilər. E.ə. VI əsrin əvvəllərində Midiya hökmdarı onları Ön Asiyadan çıxartdı və Kimmer—İskit—Sak padşahlığı süqut etdi.
Bizə məlum olan mixi yazılı məmbələrə görə Skif hökmdarlığı təqribən 80 il mövcud olmuşdur. Herodotda daha bir skif hökmdarının – Prototinin (mixi yazlı mənbələrdəki Partatua ilə eyniləşdirilir) oğlu Madinin adı saxlanmışdır. (Herodot,I,103) Onun dövründə skiflər Midiya hökmdarı Kiaksarı məğlubiyyətə uğradıb Midiyada özlərinin 28 illik hökmdarlıqlarını yaratdılar və viranedici yürüşlərini həyata kçirdilər. Lakin madaylar skifləri məğlub edərək yenidən öz hakimiyyətlərini bərpa edə bildilər. Skiflər isə yenidən Şimali Azərbaycana doğru geri çəkildilər. .(Vikpediya)
Kimmerlərin və skiflərin Cənubi Qafqaz vilayətlərinə soxulması.
Cənuba yayılan kimmerlər də hələ skiflərdən əvvəl Qafqazın bəzi rayonlarında olmuşdular "Odisseya"nın müəllifi də onları uzaq şimalda "Mavi okean"ın hüdudları yaxınlığında yerləşdirir. Ola bilsin ki, "İliada"nın epizodlarından birində də kimmerlər nəzərdə tutulur. Hələ Strabon "sakların kimmerlər və trerlər kimi basqınlar etmələrindən" bəhs edərkən yazırdı ki, tutduqları vilayətə "onlar (yəni saklar - məsul red.) öz adlarına uyğun olaraq Sakasena adı qoymuşlar". Lakin sakların adına e.ə. VII əsrin ortalarına aid mətndə təsadüf edilir; burada onların adı "Saklar ölkəsinin və Qutnumun çarı" adlandırılmış kimmer başçısı Tuqdammi ilə əlaqədar olaraq çəkilir. Adı Qutiumla (Manna ilə - ?) bir sırada çəkilən bu sakların yaşayış yeri ancaq Mannanın yaxınlığındakı vilayətlər sayılmalıdır.
Şübhə yoxdur ki, e.ə. VII əsrin sakları e.ə. VI-V əsrlərin ortokoribantlarının və e.ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir ərazidə - Sakasenada (erməni müəlliflərinə görə Şakaşen) yaşamışlar. Kür çayı sahilində şimaldan Sakasenaya bir vilayət bitişik idi və adından - Kambisenadan göründüyü kimi, orada Şərqi İran tayfası olan kambuciyalıların bil hissəsi yaşayırdı. Ola bilsin ki, saklar və kambuciyalılar Cənubi Qafqaza eyni bir vaxtda gəlib çıxmışlar. Deməli, hələ e.ə. VII əsrdə (bəlkə də VIII əsrdə) "skif" tayfalarından biri, Zakaspinin sak əhalisinin-sak-tiqraxaudaların (şişpapaq sakların) müəyyən qrupları, digər skif tayfaları ilə birlikdə Cənub-Şərqi Qafqaza və Canubi Azərbaycan vilayətlərinə soxulmuşlar. Onlar Qafqazın onomastikasında da iz qoymuşlar. Bu izlər ən əvvəl "Sakasena" (Şakaşen), "Şəki", "Kambisena" adları və digər adlardır. Kimmerlər və skiflər Ön Asiyada. Manna və kimmer-skiflər. E. ə. VIII əsrin sonunda, Herodotun məlumatına görə, skiflər tərəfindən sıxışdırılan köçəri kimmerlərin sayagəlməz ordaları Ön Asiyaya soxulmuşlar. Kimmerlər hələ Cənubi Qafqaz torpaqlarında urartulularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərbə, Kappadokiyaya yönəlmiş, ikinci axın isə cənuba, Manna vilayətlərinə və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu. (akad. İqrar Əliyev)
Skitlər Şimali Qara deniz sahillərinə və Ön Qafqaza, ehtimala görə, e.ə. VIII əsrin ikinci yansında gəlmişlər. Herodot və Diodor skitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, skitlər Asiyada yaşayırmışlar və massagetlər müharibə zamanı onlan bu yerlərdən qovmuşlar. Skitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlər ilə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun mə'lumatına görə, skitlər kimmerlərin arxasına düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsilə Ön Asiyaya çatmış. Saklar skit tayfası hesab olunurlar. Strabon yazırdı ki, skitləri həmçinin sak adlandınrlar. İlk dəfə «sak» adı e.ə. VII əsrin ortalanna aid assur mixi yazılannda, sonra isə VI əsrin sonunda Bisütun kitabəsində çəkilmişdir. Assur mixi qaynaqlan göstərir ki, «skitlər Manna ölkəsinin hüdudlarına gəldileı*». Herodot skitlərin Midiya ilə əlaqədar fəaliyyətindən, assur mixi yazılan isə onlann mannalılar ilə ünsiyyətindən bəhs edir. Mixi qaynağda qeyd edilir ki, «skitlər Manna ölkəsinin vilayətində yaşayırlar». Bə’zi tədqiqatçıların mülahizəsinə görə, Araz adı altında antİk müəlliflər Volqanı, yaxud Amu-Dəryanı nəzərdə tutmuşlar. Bə’zilərinə görə isə bu, Araz On Qafqazın cənubundan axan çay olmuşdur. Etnik və dil cəhətdən skitlər türk etnoslarına da mənsub idilər. Saklar əsasən Azərbaycanın Urmiya gölünün şimalına qədər uzanan erazisində və Urmiya gölü hövzeside məskunlaşmışdılar. Burada «şiş papaq» saklar yaşayırdılar, həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çayarasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasakan {türk, bala «çöl, düzən»; mə’nası «Sak düzü») adiandırııv Buradan qərbə Kürün Azərbaycan hissəsində sakasinlər («saka bənzəı*») yaşayırdılar. Azərbaycan dilinin Zaqatala dialekti üçün s/z fonetik əvəzlənməsi səciyyəvidir. Zaqatala (Sakatala «Sak vadisi», «Sak düzənliyi» mə'nasını daşıyır. Oradakı Zakandərə/Sakandərə («Sak dərəsi») adının əksidirVI əsrin əvvəlində güclü Midiya dövləti ile rəqabət apara bilməyən kimmer-skit-sak padşahlığı tənəzzülə uğradı.(akad.Ziya Bunyadov)
E.ə. VII əsrin əvvəllərindən başlayaraq kimmer, skif və sak tayfaları qədim Azərbaycan ərazisinə, Ön Asiyaya yürüşlər etmişlər. Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni sayılır. Skiflər e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarımadasında da yaşamışlar. E.ə. VII əsrin əv vəllərində Skiflər (iskitlər) Ön Asiyaya yürüş edərkən Azərbay canın şimal ərazilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. Kimmerlər də Mannanın hüdudlarına gəlmişlər, mannalı lar kimmerlər və skiflərlə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə bağlı Qımır və Qımırlı (Zaqatala), Kəmərli (Qazax), Qəmərli yer adları qalmışdır. Saklar Urmiya gölünün şimalına qədər olan ərazidə məskunlaşmışlar. Arazla Kürün qovuşduğu ərazidə də saklar yaşamışlar. Bura Balasakan (türkcə bala “çöl”, “düz”), yəni “Sak düzü” adlanırdı. İndiki Bərdədən Qafqaz dağlarına qədər ərazidə sakasinlər-“saka bənzərlər” yaşamışlar. Saklara massaqetlər də deyirdilər. Azərbaycan ərazisində-Urmiyadan şimalda və qərbdə kim mer, skif və sak tayfaları məskunlaşdığı ərazidə-Manna ilə Urartu arasında Skif padşahlığı yaranmışdır. E.ə. VII əsrin ortaların da bu padşahlığın hökmdarı Tuqdamme Sak və Kuti ölkələrinin (Azərbaycanın cənubu) hökmdarı rütbəsini də daşıyırdı. E.ə. VI əs rin əvvəllərində Midiya ilə rəqabət apara bilməyən Skif padşahlığıtənəzzülə uğradı. (İradə Nuruyeva, Tarixçi Alim)
Kimmerlər və skiflər (iskitlər) e.ə. VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq qədim Azərbaycanın hərbi-siyasi tarixində mühüm rol oynamağa başladılar. Azərbaycan ərazilərində məskunlaşmağa başlamış iskitlər (skiflər) və kimmerlər manna və maday tayfalarının Assuriyaya qarşı mübarizəsində fəal iştirak edirdilər. Madayların Assuriyaya qarşı mübarizəsində kimmerlərin onlarla ittifaq qurması barədə Assuriya qaynaqları məlumat verir. Bu ittifaqa daha tezliklə mannalılar da qoşuldular. E.ə. VII əsrin sonlarında hökmdarları İşpakay başda olmaqla skiflər mannalıların müttəfiqi kimi çıxış edirlər. Artıq e.ə. VII əsrin 70-ci illərində skiflərin köməyinə arxalanan həm madalılar, həm də mannalılar assurlara qarşı mübarizədə fəallaşmışdılar. E.ə. VII əsrin sonlarında Midiya hökmadarı Kaştariti skiflərlə müttəfiqliklərinə arxalanaraq Assuriya ilə danışıqlar aparmaqdan boyun qaçırdı. Bu dövrdə assurlar Mada vilayətlərindən də tamamilə qovulmuşdular və burada Midiya (Maday) çarlığı meydana gəlmişdi.
Herodot yazır ki, madalılar öz oğullarını atıcılıq təlimi keçmək üçün skiflərin yanında şagirdliyə qoyurdular.. Skif çarlığının Manna və Mada torpaqlarının ya xınlığında, Kürdən başlayaraq Arazdan cənubda, Şimali Manna vilayətlərinədək uzanan əraziləri əhatə etdiyi ehtimal olunur. E.ə. VII əsrdə Şərqdə qüdrətli bir dövlətə çevrilən Maday dövləti Manna ilə birlikdə Skif çar lığını da özlərinə tabe etdilər. E.ə. VII əsrin 20-ci illərinin sonlarında Ön Asiyada Skif çarlığı süquta uğradı. (Paşayeva Məhəbbət, Tarixçi Alim)
E.ə. VIII əsrdə skiflər (oğuzlar), kimmer və sak sayları ilə birlikdə Qara dənizin şimal-şərq sahillərində yaşayırdılar. E.ə. VIII əsrin ikinci yarısında öncə sarmalar tərəfindən sıxış dırılan kimmerlər Qafqazdan keçərək Kiçik Asiyaya gedirlər. Onlar Anadoluda məskunlayıb, yerli soylar ilə qaynayıb-qarışır və sonralar buraya köç etmiş Səlcuq – oğuz türkləri ilə birlikdə müasir türk millətinin etnogenezi prosesində iştirak etmişlər. Onların ardınca sarmatlar tərəfindən sıxışdırılan skif (oğuz) və sak soyları köç edib Ön Asiyaya gəlirlər. Yunan qaynaqlarında çar skifləri adlanan oğuzların bir hissəsi Partatuanın rəhbərliyi altında Urartunun cənubunda Hubuşkiya ölkəsinə yaxın ərazidə, digər hissəsi isə İşpakayanın rəhbərliyi altında Mananın şimal-qərb və qərb torpaqlarında, qismən də Kür-Araz çayları arasında Şimali Azərbaycanın qərb bölgələrində məskunlaşır və e.ə. VII əsrin ortalarında burada Oğuz (Skif) dövlətini yaradırlar. Mana dövləti Oğuz (Skif) dövləti, kimmer soyları və əvvəllər Mananın tərkibində olub, sonralar Assur dövləti tərəfindən işğal olunmuş Maday ölkəsinin qohum soyları ilə birlikdə Assura qarşı müharibəyə başlayır və Assur hökmdarı Asarxaddonu məğlub edərək Assurun bir sıra şəhərlərini alırlar. Sonuncu dəfə Mananın adı Bibliya kitabı olan İyeremiyada e.ə. 593-cü ilə aid məlumatda Mada fövqəldövlətinə tabe olan Urartu və Oğuz (Skif) dövlətləri ilə yanaşı çəkilir.. (Qəzənfər Rəcəbli, Tarıxçi Alim)
Q. Qeybullayev qeyd edir ki, şimaldan gələn sakların bir hissəsi indiki Azərbaycan Respublikası ərazisində və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində məskunlaşmış, digər bir hissəsi isə Manna və Midiyaya getmişdir.
etmişdilər.Q. Qeybullayev qeyd edir ki, bu məlumatda skif deyildikdə, konkret hansı etnosun nəzərdə tutulduğu bəlli deyil. Çünki, antik müəlliflərin əsərlərində skif konkret bir etnosun adı deyildi. Herodotun kimmerlər ("kimmer" sözün qədim yunan dilinə uyğunlaşdırılmış formasıdır) adlandırdığı bu türk etnosunun əsil adı isə Kəmər, yaxud da Qəmər kimi bərpa edilə bilər. İlk dəfə qədim yunan şairi Homer bu adı kimmer kimi işlətmiş, sonrakı müəlliflər də bu ənənəyə sadiq qalmışdır. Deməli qədim yunan tarixçiləri kəmər yaxud da qəmər etnonimini kimmer kimi tələffüz edirdilər.
Yazılı mənbələrin məlumatlarını təhlil edən İ.M.Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının Şimal sərhəddində, Araz çayı rayonu və Şimala doğru Qərbi Azərbaycan (indiki Ermənistan) və Azərbaycanın Qərbində lokalizə etmək lazımdır. Q.Qeybullayev də skif hökmdarlığının lokalizəsini bu cür verir.
Skif çarlığının mərkəzinin hansı şəhər olduğu da tədqiqatçılar arasında mübahisə mövzusudur. İ.M.Dyakonova görə bu dövlətin mərkəzi Gəncə şəhəri idi. Çünki Alban ölkəsinin tarixində deyilir ki, Gəncə şəhəri Sakaşendə yaranmışdı.
Yunan mənbələrində onun adı «skit çarlığı», Assuriya, yəhudi mənbələrində isə «İşquz çarlığı» olmuşdur. Farslar skitlərə tanış olduqları sakların adını şamil etmişlər.
Ətraf ölkələr, birinci növbədə Assuriya tərəfindən bir dövlət kimi tanınan İşquzlar Ön Asiyada aparıcı rol oynamağa başlamışlar.
İşquzların üç başçısının adı çəkilir. Onları Ön Asiyaya gətirən İspaka (Oljas Suleymenov onun adını «izbilən», «qabaqgörən» kimi mənalandırmışdır və bəzi türk soylarında bu ada təsadüf edildiyini göstərmişdir), Partatua olan ikinci adın mənasını açmaq mümkün olmamışdır. Üçüncü ad isə az, ya çox dərəcədə hun şanyusu Metenin adı ilə səsləşən Madidir.
Madinin atası zənn edilən Partatua («Alp Ər-Tonqa» dastanında bu ad Peçeneq Kazan şəklində gedir) İşquzun Ön Asiyada sözü ötən bir dövlət kimi formalaşmasında xüsusi rol oynamışdır. Adı çəkilən bu üç çarın ən böyük işlər görəni Madi olmuşdur.
Onun hakimiyyəti illərində İşquz çarlığı imperiyaya yaxın bir quruma çevrilmişdir. Onun dövründə bütün İran yaylası İşquz dövlətinə tabe idi. İşquzlar Misirdən (Firon Psammatexdən), İsraildən, Suriyadan və s. ölkələrdən mütəmadi xərac alırdılar. Onlar həmin ölkələrə vaxtaşırı yürüşlər edirdilər.
Kiçik Asiyadakı qədim dövlətlər də işquzların təsir dairəsində olurdular. (Oxuduklarımdan hissələr)
Sak (Skif) tayfaları e.ə. III-II minilliklərdə tərk etdikləri Ön Asiya, o cümlədən Azərbaycana e.ə. VIII əsrin ikinci yarısı-VII əsrin əvvəllərində geriyə döndülər. Onlarla birlikdə eyni kökdən olan kimmerlər də gəldi. Sak və Skif eyni sözlərdir, e.ə. VII əsrin əvvəllərində Azərbaycanın şimal-qərb vilayətlərində məskunlaşdı, tayfa ittifaqı, hər biri siyasi birlik yaratdılar. Bu birliyin əsasında yeni sülalə formalaşdı. Hərbi-siyasi birliyin ilk rəhbəri kimmer əsilli Tuqdamme oldu. O, özünü “Saklar ölkəsinin və Kutinin rəhbəri” adlandırdı. Bu fakt bir daha göstərir ki, eyni ərazidə qohum tayfalar, soylar yaşayır, bir-birləri ni əvəz edir, əcdadlarını yaddan çıxarmırdılar, sak (skif) rəhbəri min il əvvəlki əcdadını- kutiləri yaddan çıxarmır, özünü onların davamçısı hesab edirdi.
Sak (Skif), kimmer tayfaları bu dövrdə Urmiya gölün dən şimala doğru ərazilərdə, indiki Ermənistan deyilən torpaqlarla Gəncəbasara qədər ərazilərdə məskunlaşmış dılar. Böyük ehtimalla onların mərkəzi Azərbaycanın Gəncə şəhəri olmuşdur. Onların Qarabağda yaşadıq ları ərazi Artsak (türk dilində “art” dağlıq, yüksəklik mənasını verir, yəni dağ sakları) adlandırılırdı. Bu ifadənin “Arsak” forması da “Mərd, igid saklar” mənasını vermək lə türk dilində izah olunur. Zəngəzur əraziləri də sakların məskunlaşdığı bölgə olub və Sisakan adlandırılıb. Mən bələrdə saklara aid si tayfalarının adı çəkilir. “Sisakan” si saklarının məkanı mənasını verirdi. Zəngəzurla bağlı işlədilən “siuni” (syuni, sünik) ifadəsi Urartu dilində “su mənbəyi, göl” mənasını verirdi. “Aves ta” kitabında Orta Asiyada yaşayan sakların adları çəkilir, onlar burada həm də Tur adlandırılır, yaşadıqları əraziyə Turan deyilir.(Akif Nağı, Trixçi Alim)
Tarixçi Alim Akif Nağının fikirləri bizi həqiqətə daha da yaxınlaşdırdı. Türk Dünyasının Böyük Alimi Firudin Ağasığlu kitablarında çox genış bilgilər və bəlgələr vermişdir. Bunlardan mənim diqqətimi çəkən məlumatları bölüşürəm.
Ön Asiyada m.ö. VIII-VII əsrlərdə baş verən tarixi olaylarda aktiv iştirak edən qamər (kimmer) boylarının saqalarla (skitlərlə) qohumluğu, tarixi və etnoqrafiyası haqqında çoxlu yazılar var, lakin onların etnik mənşəyi məsələsi hələ də mübahisəli olaraq qalır. Antik çağ yazarları (Herodot, Pompey Troq, Siciliyalı Diodor və baĢqaları) saqa boylarının m.ö. XVI-XV əsrlərdə Araz çayı yaxasında yaşadığını və sonralar Azaq (Azov) dənizi yaxalarına getdiyini qeyd etmişlər. Saqa boyları kimi qamər boylarının da Anadoluda Homer çağında və ya daha qədim çağlarda görünməsi haqqında bəlgələr vardır. Lakin onu da qeyd edək ki, qamər boylarının tarixini saqalardan ayırmaq mümkün deyil, bu iki türk boyunun adı asur qaynaqlarında da sinonim sözlər kimi işlənir.
Ön Asiyadan doğu və quzey ölkələrə miqrasiya edən subar, turuk, qut, qaşqay, kuman, urmu və sair türk boyları kimi, saqa-qamər boyları da Azaq dənizi yaxalarına buradan getmişlər. Arxeoloji bəlgələrə görə, saqalar m.ö. IX əsrdən (bəlkə daha öncə) quzey və doğu yönlərə köçmüş, Ön Asiya mədəniyətini Azaq yaxalarına və Altaya daşımışlar. Qamərlər isə Azaq və Qara dəniz yaxalarına saqalardan öncə getmişdir. Sibir-Altay bölgələrində VIII-VII əsrlərdə ortaya çıxan saqa kulturu onlardan bəzi qolların doğuya miqrasiya etdiyini aydın göstərir. Məhz həmin doğudakı saqalar VIII əsrin ortalarında Xəzərin quzeyilə Azaq yaxasına gəlib, özlə rindən bir-iki əsr əvvəl burada yurd salmış soydaşları olan qamər boyunu yerindən eləyir. Sonralar bir-birinin ardınca bu yolu keçən hun, subar, avar, xəzər, peçeneq, kuman, qıpçaq boyları da eyni olayı yaşamışlar.
VIII əsrin sonunda Azaq yaxasından qayıdan qamər boylarının bir hissəsi Azərbaycanın batı bölgələrinə və Kiçik Asiyanın quzey-doğu böl gələrindəki qədim Qaşqay ölkəsində yerləşdilər. Burada isə saqa və qamər boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub. Ona görə maraqlı deyirik ki, hələlik əldə olan məlumata görə, vaxtilə Ön Asiyadan, Urmu gölü hövzəsindən doğu və quzey ölkələrə köç etmiş türk boyları içindən sonralar əvvəlki Atayurda qayıdan ilk boylar saqa qamərlərdir. İkinci maraqlı cəhət budur ki, saqa-qamər boyları Qafqaz dağlarından Urmu gölünə qədər Quzey və Güney Azərbayan arasında körpü olub, Arazın sağ və sol yaxalarını burada qurduqları dövlətin sınırları içinə almışlar.
Quzey və Güney Azərbaycan: Qəmərli, Kəmərli, Kəmər, Komar, Xomarlu Gürcüstan: Kamaraxevi, Didi-Qomareti, Aşağı//Yuxarı Qəmərli Özbəkistan: Zaraut-Kamar qayası Türkmənistan: Kəmər, Kəmərli Türkiyə: Komarlar, Komarlı, Kamar-uşağıBunu açıqlamaq üçün Avropa alimlərinin daha çox etibar etdiyi qutsal Bibliya kitabına baxaq. Burada xalqların soykökü şəcərəsilə bağlı yazılmışdır: Yafetin (Yafəsin) oğulları: Qomer və Məcuc və Maday və Yavan və Tubal və Meşek və Tiras. Qomerin oğulları: Aşkenaz və Rifət və Toqarma (Tekvin, bar.10). Yəhudi dinini qəbul etmiş soydan olan Xəzər xaqanı İosif X əsrdə bu soy şəcərəsini davam etdirərək yazmışdır ki, Toqarmanın oğulları 10 türk boyunu (xəzər, suvar, tiras, bulqar və b.) təşkil edir. Hər iki bəlgəni gözdən keçirəndə aydın olur ki, qara hərflə verilən boylar qədim türk uruqlarını doğru əks etdirir.
Bir az da qədimə getsək, Atillanın yaxın silahdaşı Ata-Kam adlı bəyin və ondan da əvvəl Madaölkəsində Əhəməni sülaləsini devirən Qam-Ata adlı maqın «Şaman-Ata» anlamlı adlar daşıdığını görərik. M. Xorenatsi də Türk (Topk) tapınağı ilə bağlı Baş-Qam (Paskam) soyundan bəhs edir. Azərbaycanda artıq bugün leksik anlamı arxaikləşmiş Qam-qam piri, tatar folklorunda da mənası unudulmuş belə bir ifadə vardır: «Allari, Allari! Allari, Kamər əbi!» Məncə, kifayət qədər verilən bu nümunələrdə qamər etnoniminin qam+ər hissələrindən ibarət olduğu aydın görünür. Bu etimoloji yozum həm saqa-qamər toplumu içində qamların yalnız qamər soyundan seçilə bilməsi məsələsinə, həm də tarixi mənbələrdə saqa və qamər etnonimlərinin sinonim kimi işlənməsi faktına bir aydınlıq gətirir.
Digər bir sənəddə Tuqdammenin «Saka və Gutium çarı» adlanması da maraqlıdır.Belə ki, burada artıq saqa-qamər çarının Mananın batı bölgələrinə nəzarət etməsi faktı da ortaya çıxır. Doğrudur, asur mətnləri Partatu və Madini də saqa çarı kimi təqdim edir, lakin onların hakimiyət illəri Herodotun Partatu (Prototiy) ilə bağlı verdiyi tarixlə uyuşmur, hər halda, Madinin hakimiyəti Kiaksarın çarlığı dövrünə düşür. Tarixi bəlgələrdən belə məlum olur ki, Azərbaycana gələn saqa-qamər boyları VIII əsrin sonunda geniş ərazilərə yayılmışlar.
VIII əsrin sonunda geniş ərazilərə yayılmışlar.
Türkmənistanda salır və bayat boyları içində sakar etnonimi geniş yayılmışdır.Əbülqazi Bahadır xan Qaşqa-Çora soyundan saydığı dağ-saqar boylarından danı şarkən qaşqa və saqar sözlərinin eyni mənalı olub «alnında ağ xalı olanat» anlamı bildirdiyini vurğulayıb, saqarlar haqqında yazır: «Azlar uruğu Dudıkın, saqar eli isə Qabacığın törəmələridir». Azər xalqının qədim adını bildirən azlar (az ərlər) kimi qızıl və saqar boyları da doğu ellərə Azərbaycandan getmişdilər. Bundan başqa, Oğuz dastanlarında olduğu kimi, saqa mifologiya sında da nəsildən-nəsilə ötürülən bir «xalq yaddaşı» vardır ki, özəlliklə bunun üzərində durmaq lazım gəlir. Belə ki, Herodotun qələmə aldığı saqaların «soykökü əfsanələri» onların Azərbaycandan köç etmiş türk boylarından olduğunu açıq göstərir və saqaların qədim tarixinə işıq tutur.
Ön Asiyadan Azaq yaxalarına gedən və minil boyunca orada izləri itməyən saqa boylarının zaman-zaman müxtəlif bəylikləri və çarlıqları qurulub sonra dağılmışdır. Balkanlar üstündən yunan şəhərləri və Qara dəniz yaxalarında yunan koloniyaları ilə bağlantısı olan saqalar antik dövrün mədəniyəti ilə yaxın təmasda olmuş, burada Abar, Toksar, Anaxars kimi filosoflar yetişmişdir. Hətta saqa elbəyinin yunan qızından olan oğlu Anaxars antik çağın «7 müdrik» sırasına düşmüşdür. Tarixdə yüzlərlə türkdilli boy olmuşdur, lakin bunlardan çox az qisminin adı belə ümumi adbildirmə səviyəsinə qalxa bilmişdir; Miladdan öncə subar boyu IV-III minillərdə, qut boyu III-II minillərdə, saqa boyu I minilin VIII-I əsrlərində, miladdan sonra isə hun boyu I-V əsrlərdə, göytürk və xəzər boyları V-X əsrlərdə, ən sonda türk boyunun adı belə status qazanmışdır.
VII əsrin 30-20-ci illəri arasında isə Kiaksar qonaqlığa dəvət etdiyi saqa bəylərini öldürür və bundan sonra bəzi saqa tayfaları Quzey Qafqaza qayıdır. Həmin qonaqlıqla başlanan içoğuz-dışoğuz savaşları «Dədə Qorqud» eposunda da verilmişdir. Saqa-Mada əlaqələri minil sonrakı pers-suvar əlaqələrində olduğu kimi cərəyan edir. Mada imperiyasının qurulmasında saqa qüvvələrindən istifadə olunsa da, sonradan imperiyanın başına keçən perslər yalnız saqa qüvvəsindən istifadə etdikləri çağlarda onlara yaxşı münasibət göstərmiş lər, əksər hallarda isə, özəlliklə, Tumruz xatun (Tomiris) Araz yaxasında II Kuruşun başını kəsdirib qanlı tuluğa salandan sonra saqalara qarşı ənqatı düşmən mövqeyində durmuşlar.
Zaman-zaman bu boyların adı (hun, avar, subar və s.) ortaya çıxır. Altay-Sibir bölgələrindən Azaq yaxasına gələn saqalar burada soydaşları qamərləri yerindən çıxardır və onların ardınca m.ö.VII əsrin əvvəlində Azərbaycana gəlir (qayıdır). Azərbaycanda saqa boylarının qurduğu Saqa eli təxminən 80 il (m.ö. 670-590) davam edir.649 Qüdrətli saqa elbəyləri Ön Asiya ölkələrindən vergi alır. Onların akınları Urartu-Asur kimi dövlətlərin də dağılmasına səbəb olur. Artıq bəzi saqa bəyləri üçün Azərbaycanda qalmaq öz əhəmiyətini itirirdi, çünki bura da Mada kimi nəhəng bir dövlət yaranmaqda idi. Ona görə də, onlardan bəziləri öz tayfaları ilə Azaq yaxasına qayıdıb, orada Saqatya (Skit) elini qururlar. .(Firudin Cəlilov, Trixçi Alim)




