Polşa və Almaniya arasında müdafiə sahəsində saziş imzalandı

Bu gün, 17:04           
Polşa və Almaniya arasında müdafiə sahəsində saziş imzalandı
Almaniya və Polşanın müdafiə nazirləri Boris Pistorius ilə Vladislav Kosinyak-Kamış müdafiə əməkdaşlığı haqqında saziş imzalayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Qeyd olunub ki, saziş ilk növbədə hərbi mobillik, infrastrukturun inkişafı, logistik təminat, dənizçilik sahələrini, xüsusən də Baltik dənizində əməkdaşlığı, kibertəhlükəsizlik və kosmik fəzanı əhatə edir.

İmzalanma mərasimi Varşavada baş tutub. Qeyd edilib ki, yeni saziş 2011-ci ildə hökumətlər arasında imzalanmış əvvəlki sənədi əvəz edəcək.

“Təşəbbüs Mərkəzi-Şərqi Avropadakı mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, cari operativ əməkdaşlığın sistemləşdirilməsinə yönəlib. Bu sənəd NATO və Avropa İttifaqı çərçivəsindəki müdafiə mexanizmlərini tamamlayacaq”, – Polşanın Müdafiə Nazirliyindən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru