İsrailli nazir: Türkiyə, Qətər və Pakistanın formalaşdırdığı yeni ox bizi narahat edir

Bu gün, 16:34           
İsrailli nazir: Türkiyə, Qətər və Pakistanın formalaşdırdığı yeni ox bizi narahat edir
İsrailin diaspor işləri naziri Amiçai Şikli Türkiyə, Qətər və Pakistanın regional təsirinin artmasının Təl-Əvivdə narahatlıq yaratdığını bildirib.

Likud Partiyasının üzvü olan nazir 103 FM radiosuna açıqlamasında ABŞ-la İran arasında əldə olunan razılaşmanı şərh edib.

Şikli bildirib ki, onu ən çox narahat edən məsələ İran iqtisadiyyatının canlanması deyil, bu razılaşmanın formalaşdırdığı yeni siyasi xəttdir:

“Türkiyə, Qətər və Pakistanın daxil olduğu yeni bir oxun gözlərimizin önündə yüksəldiyini görürük. Bu, daha çox narahatlıq doğurur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şerif ABŞ və İran arasında əldə olunan razılaşmanın bölgədə, o cümlədən Livanda qarşıdurmaların dayandırılmasını nəzərdə tutduğunu açıqlamışdı. Pakistanın Ankaradakı səfiri Yusuf Junaid isə bu prosesdə Türkiyənin mühüm rol oynadığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru