"İynənmişəm bu cəmiyyətdən. Bu ölkəyə bu cəmiyyətə heç nə lazım deyil." - Məşhur həkimdən acı sözlər...
18-06-2026, 09:08

"İynənmişəm bu cəmiyyətdən. Bu ölkəyə bu cəmiyyətə heç nə lazım deyil. Belə bir axmaq cəmiyyətdə bilmirəm nədən danışım, nə danışım. Nə mənası var oğlum, Ramil? Yoxsa oturub səninlə lap studiyada video intervyu da verərdim. Amma boş eydir. Bu ölkədə heç nəyin dəyər qiyməti qalmıyıb." - Bu sözləri bu gün mənə Azərbaycanda Mamalıq və Ginekologiya sahəsində Ultrasəs müayinəsini yaradan, bu sahədə ilk mütəxəssis, ölkə səhiyyəsinbdə öz möhürünü vuran, yüzlərlə mütəxəssis yetişdirən əməkdar həkim, tanınmış qocaman USM mütəxəssis Gülər İbrahimova dedi mənə.
Bu gün 17 İyun tarixində istədim unudulmuş, amma möhtəşəm xidmətləri olan, tibbimizə töhvələr vermiş bir mütəxəssis seçib onunla müsahibə alım. Gülər İbrahimova ilə bu məqsədlə telefon edib söhbətləşdim. Təbrik elədim. O da sağ olsun etimad göstərib mənimlə bax beləcə səmimi söhbət etdi.
Mənimlə söhbətində doktor Gülər İbrahimova bunları da əlavə etdi. "Oğlum, mən ümumiyyyətlə mənəvi dəyərləri əsas tutan biriyəm. Dəfərlərlə həcc ziyarətində olmuşam. Müəllim tutub ərəb dilini öyrənmişəm. Ölkədəki mənəviyyat fonunda insanların simasızlığı, riyakarlıq, həmçinin dəyərlərin hörmətdən salınması məni çox narahat edir. Əxlaq dəyərləri ölkədəı ayaqlar altına atılıb. Gedişatı mən pis görürəm. Kim kimin adamıdır ona dəstək olurlar. Dövlət qurumları ancaq kimlərinsə öz adamlarında hörmət qoyur. Dəyərlərə hörmət qoyulmur. Cəmiyyətdən iyrənmişəm. Adamlara salam verməyə də qorxursan.
Yetişdirdiyim tələbələr də kənardan məni görəndə gendən keçir, salam vermir. Elə bil alçaq dağları onlar yaradıb. Səhiyyə xidmətində də savadı olmayıb ancaq adamı olanlar qabağa çəkirlər. Böyüyən, yetişən istedadlı, ağıllı gənc mütəxəssislər indi kimə güvənsin, kimə arxalansın? Adamı yoxdur deyə düzdə qalmalıdır?
Mən yaşlı adamam. Bu saatdan sonra mənə heç nə lazım deyil. Dövlət mənə əməkdar həkim adı da verib. Uzun illər işləyib xidmət göstərmişəm. Amma nə olsun? Mənim heç bir umacağım da yoxdur. Sözümü vaxtında demişəm. Bizim kimi adamlara təltifatdan çox sözünü dinləmək lazımdır. Necə bilirlər elə də edirlər.
İndi bizə qulaq asan kimdir? Mənim bu ölkəyə yazığım gəlir. "
Hörmətli doktor Gülər İbrahimovanın timsalında Azərbaycan səhiyyəsində əməyi olan, peşəkar xidmət göstərən həkimləri təbrik edirəm. Onlara peşə fəaliyyətlərində uğurlar, can sağlığı və uzun ömür arzulayıram.
Ramil Nəcəfli. Tibbi jurnalist
wikimed.az v' saglam TV rəhbəri

