DÇ-2026: İngiltərə - Xorvatiya matçında qol yağışı - VİDEO

Bu gün, 09:58           
DÇ-2026: İngiltərə - Xorvatiya matçında qol yağışı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) L qrupunda 1-ci turun ilk oyunu İngiltərə - Xorvatiya milliləri arasında keçirilib.

Oxu.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutmuş matçda ingilislər 4:2 hesabı ilə qalib gəliblər.
İngiltərənin heyətində Harri Keyn dubla imza atıb. Hücumçu görüşün 12-ci dəqiqəsində penaltidən və 42-ci dəqiqədə fərqlənib. Bununla da 32 yaşlı Harri Keyn dünya çempionatlarında penaltidən vurulmuş qolların sayına (5) görə rekordçu olub.

İngiltərədən, həmçinin Cud Bellinqem 47-ci dəqiqədə və Markus Reşford 85-ci dəqiqədə fərqləniblər.

Xorvatiyada isə Martin Baturina (36-cı dəqiqə) və Petar Musa (45+5-ci dəqiqə) qol müəllifləri olublar.

Qeyd edək ki, bu gün gecə saat 03:00-da L qrupunda Qana və Panama yığmaları da qarşılaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru