TROYALI PİRAMIN BARDAQLARI

Bu gün, 10:14           
TROYALI PİRAMIN BARDAQLARI
Son yüz ildə nəşr olunan ensiklopediyalara inansaq, Troya hökmdarının adı Priam olmuşdur. Əslində isə onun adı və ya nəslinin adı Piram idi. Esxilin İliada eposunun köhnə nəşrlərində hökmdarın adı Priam kimi yox, Piram kimi yazıya alınmışdır. Vilhelm Vaqner Qədim Ellada əsərinin 1901-ci il nəşrində yazır ki, arxeoloqlar İlion şəhərində zərb edilən qızıl sikkələr tapıblar. O sikkələrin üzərində çarın adı Piram kimi yazılıb. Piram yalnız qədim Ön Asiyada bir hökmdarın adı deyildir. Anadoluda, Aralıq dənizinin şərq sahillərində yunanlardan qabaq yaşayan elitar bir Türk nəsilinin adıdır. O nəsil ki, qədim Ön Asiyanın mixiyazılı mətnlərində adı Priam, Priamos yox, Pir və Piram formalarında yazıya alınmışdır. Nə qədər ki, onlar məbədlərdə kahin idilər, türkcə Pir titulu daşıyırdılar. Hakimiyyətə gələndən sonra Piram titulu alırdılar. M.Maspero 1911-ci ildə nəşr olunan Древний Восток əsərində yazır ki, Piram alpları Troyanın süqutundan sonra cənuba köçüb uzun zaman Kiçik Asiya ilə Suriyanın arasında yaşadılar. Uzun illər yunanlarla, 7 il romalılarla vuruşdular, ancaq sonda məğlub olub yurdlarından didərgin düşdülər. Roma dövrünün ilk illərində yaşamış Sili İtalik Punika eposunda yazır ki, Pir və Piram titullu troyalılar 307-ci ilin sonlarına qədər Epiri yunanlardan qorudular. Arxeoloqlar İlion şəhərinin xarabalığından saxsı küplər tapıblar. Üstündə qadın təsvirləri olan küplərin içində Troya xaqanı Piramln xəzinəsi saxlanırdı. Xəzinədəki qızıl sikkələrin üstünə Priam yox, Piram yazılıb. Şəkildə həmin küplərin bir neçəsini görürsünüz. Üstündə qadın təsvirləri olan o küplər bardaq adlanırdı. Totemi bardaq olan prototürklərin şəhərləri, kəndləri Publi Maron Vergilinin Eneida və Sili İtalikin Punika əsərində Parteqonia adlanır. Parteqonia totemi bardaq, yəni qadın olan xalqın yurdu deməkdir. Bardaq Bərdə adının qədim formasıdır. Ərəb işğalına qədər Qarabağdakı Bərdə şəhəri də Bərdək, yəni bardaq adlanırdı. Matriarxat dövrünün yadigarı olan o bardaqların bir neçəsinin üstündə Troyanın ana ilahəsinin təsviri vardır. Təsvirin altına yunanca Artemida, Afrodita yox, Türkcə Bay Ana yazılmışdır. Troyanın müdrikləri Pir, hökmdarları Piram, ana ilahələri Bay Ana, alp igidləri Durna, kahin qızları Sevil, müdrik peyğəmbərləri Kalkan, yəni qalxan adlanırdısa, gəlin AMEA olaraq qardaş Türkiyənin Dil və Tarix Qurumları ilə birlikdə uluslararası elmi konfranslar keçirək, Avropa tarixçilərinin iddialarını alt-üst edib Troya mədəniyyətinə varislik iddialarımızı gündəmə gətirək.
İlhami Cəfərsoy,
Tarixçi Alim.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru