Atasından miras qalan ev sakinin əlindən necə alınıb? (VİDEO)

Bu gün, 16:54           
Atasından miras qalan ev sakinin əlindən necə alınıb? (VİDEO)
Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Günel Ağayeva iddia edir ki, atasından oğluna miras qalan mənzil qanunsuz olaraq başqa şəxsin adına rəsmiləşdirilib və daha sonra satılıb.

Şikayətçinin sözlərinə görə, bu proses 43 saylı notariat ofisində həyata keçirilib.

"Qayınanam rəhmətə getdikdən üç gün sonra ev təcili şəkildə qayınatamın qardaşı oğlu tərəfindən satıldı. 43 saylı notariata - Elşən Qurbanovun yanına getdim. Oğlumun varisliyə görə sənədini götürməyə gəldiyimi söylədim. Dedi ki, bu ev başqasının adına sənədləşdirilib", - deyə o qeyd edib.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin hələ də həllini tapmadığını bildirib:

"Oğlumla birlikdə qardaşımın evində qalıram. Qardaşım hərbçidir, tezliklə pensiyaya çıxacaq. Ailəsini götürüb gələndə məcburuq ki, başqa yerdə yaşayaq. Bu ev haqqımız ola-ola niyə küçədə qalmalıyıq?!".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru